Robert Sekuta: İnanırıq ki, Mehman Əliyevin azadlığa buraxılması insan haqlarına müsbət yanaşmanın bir başlanğıcı olacaq

"Siz ABŞ Dövlət Departamentinin Mehman Əliyevin həbsi və onun azadlığa buraxılması ilə bağlı bəyanatları ilə tanışsınız. Mehman professional və təcrübəli bir jurnalistdir, biz onun saxlanılması ilə bağlı narahatlğımızı ifadə etmişdik. Biz onun azadlığa buraxılmasını pozitiv qiymətləndiririk və inanırıq ki, bu pozitiv gəlişmə Azərbaycanda demokratiya və insan haqlarına daha pozitiv, müsbət yanaşmanın bir başlanğıcı olacaq". Bu barədə ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta Amerikanın Səsinin Turan İnformasiya Agentliyinin direktoru Mehman Əliyevin həbsi və azadlığa buraxılması ilə bağlı sualının cavabında bildirib.

Amerikanın Səsinin prezident Trampın Azərbaycanla əməkdaşlığı davam etdirmək istəyilə bağlı fikri əsasında yaxın zamanda insan haqları və demokratiya sahəsində təmasların gözlənib-gözlənilməməsi barədə sualına R.Sekuta "görüşlə bağlı dəqiq bir söz deyə bilmərəm", cavabını verib.

"Onu deyə bilərəm ki, ABŞ Azərbaycanla uzunmüddətli sıx əməkdaşlıqda maraqlıdır. ABŞ güclü, müstəqil, demokratik, çiçəkənən bir Azərbaycan görmək istəyir. Biz Azərbaycanın mürəkkəb bölgədə yerləşməsini də anlayırıq. Bizim Azərbaycanla əməkdaşlığımız eyni dərəcədə əhəmiyyətli olan üç sahəni əhatə edir. Bunlar güclü iqtisadiyyat, demokratiya, insan haqları, qanunun aliliyi ikinci sahə və təhlükəsizlik üçüncü sahədir ki, bu üç sahənin hər biri eyni əhəmiyyətə malikdir. Bu əhəmiyyət bu gün də qalmaqdadır və sabah da belə olacaqdır".

O Azərbaycanla bağlı sanksiyaların gündəmə gəlməsi barədə sualın cavabında deyib ki, senatda belə bir təklif layihəsi irəli sürülüb.

"Keçmişdə də dediyimiz kimi, ABŞ-da qanunverici hakimiyyət icraedici hakimiyyətdən müstəqil şəkildə fəaliyyət göstərir. Bu, prosesin hələ ilkin mərhələsindədir. Layihə təklif olaraq qalır. Bundan başqa hələ bir söz deyə bilmərəm", səfir Amerikanın Səsinin sualının cavabında bildirib.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR