“Bizim məqsədimiz alidir”

"Millətlər, mədəniyyətlər və dinlər arasında multikultural dəyərlərin inkişaf etdirilməsinə çalışırıq"

Azərbaycan müstəqillik əldə etdikdən sonra yaxın və uzaq ölkələr, eləcə də beynəlxalq təşkilatlarla yaxından əməkdaşlıq edərək beynəlxalq aləmin tərkib hissəsinə çevrilib. Dövlətlərlə münasibətdə heç bir ayrıseçkilik və fərq qoymadan ikitərəfli münasibətləri inkişaf etdirmək istiqamətində uğurlu xarici siyasət kursu həyata keçirən Azərbaycan Respublikası Yaxın Şərq ölkələri də öz uğurlu əməkdaşlığını davam etdirir. Heç şübhəsiz ki, burada İsrailin də öz payı və yeri var. Son illərə nəzər salsaq görərik ki, Bakı ilə Təl-Əviv arasında əlaqələr nəzərəçarpacaq dərəcədə inkişaf edib. İsrail rəsmilərinin Azərbaycana səfərləri bu əlaqələri daha da genişləndirib.

İsraillə Azərbaycanı arasında əlaqələr tarixi köklərə bağlı olduğundan iki ölkə arasında əməkdaşlığın inkişaf etdirilməsinə dövlətlə yanaşı qeyri-hökumət təşkilatları da dəstək verir, bu istiqamətdə fəaliyyət göstərirlər. "İsrail-Azərbaycan Gənclərinin Həmrəylik və Qardaşlıq Klubu" da belə təşkilatlardandır. Klubun təsisçisi və prezidenti deyib ki, bu günlərdə yahudi və Azərbaycan xalqı çoxəsrlik dostluq tarixinin belə demək mümükndürsə təntənəsini qeyd edəcək: "Nəzərə almaq lazımdır ki, istər Azərbaycan, istərsə də İsrail dünyəvi dəyərlərlə idarə olunan dövlətdir. Bizim məqsədimiz tolerantlığı və multikulturalizmi təbliğ etmək və bütün dünyaya iki sülhsevər xalqın həmrəylik və qardaşlığını nümayiş etdirməkdir. Klub dini, irqi və milli ayrıseçkiliklərin tamamilə əleyhinədir. Nəzərə almaq lazımdır ki, Klubumuzun üzvləri və dostları içərisində Yahudi və Müsəlmanlarla yanaşı həmçinin də Xristian, Ateist, Deist, Bahai və s. dini inanclı şəxslər də var. Bu halda biz gərək cümə, şənbə və bazar günlərinin heç birində ictimai aktivlik etməyək. Mən belə hesab edirəm ki, ictimai fəaliyyət və humanitar dəyərlərin təbliği üçün bütün günlər uyğundur. Odur ki, bütün dostlarımızı bu məsələdə daha diqqətli və anlayışlı olmağa dəvət edirəm". Murad Ağamiyev qeyd edib ki, ``İsrail-Azərbaycan Gənclərinin Həmrəylik və Qardaşlıq Klubu`` Azərbaycanlı və ənənəvi dini İslam olan gənclər tərəfindən iki min ildir Azərbaycan torpaqlarında yaşayan və yerli xalq ilə qaynayıb-qarışmış, dost xalq olan - Yahudi xalqı ilə, məxsusi olaraq da gənc Yahudilər ilə ictimai, sosial və humanitar sahədə birgə fəaliyyətin formalaşdırılması, tolerantlığın və multikulturalizmin inkişaf etdirilməsi və radikalizm, ekstrimizm, rasizm, terrorizm ilə ictimai səviyyədə mübarizənin aparılması məqsədi ilə təsis edilib: "Dəfələrlə demişəm və bu gün bir daha bu məsələyə qayıdıram ki, bizim məqsədimiz alidir. Millətlər, mədəniyyətlər və dinlər arasında multikultural dəyərlərin inkişaf etdirilməsi, birgə dialoqdan qarşılıqlı razılaşmaların əldə edilməsi , əbədi gerçəkliyin və yaşam nizamının qeyri-şərtsiz formalaşdırılması üçün biz canla-başla çalışırıq. Çox arzu edirəm ki, bütün ictimai fəallar bizim işimizə qoşulsunlar, tövhə versinlər". Azərbaycan respublikasının Prezidenti cənab İlham Əliyevin sözlərindən və sitatlarından ruhlanaraq biz bu şərəfli yola qədəm qoymuşuq. Cənab Prezident belə deyir : "Bəşəriyyətin yeganə xilas yolu multikulturalizmdir".

Süleyman

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR