“Azərbaycan geosiyasi bölgüdə xüsusi yer tutur” - Rusiyalı politoloq

"Azərbaycanın xüsusi iqtisadi və siyasi rolu nəzərə alınsa, Dağlıq Qarabağ haqqında güc nöqteyi-nəzərdən danışmaq hüququna malikdir". Bunu Rusiya İctimai Palatasının üzvü, politoloq Sergey Markov "Moskva-Bakı oxu: Qafqazın yeni geosiyasətinə doğru" konfransında deyib.

Onun sözlərinə görə, bu gün Azərbaycan geosiyasi bölgüdə xüsusi yer tutur. Ekspert həmçinin vurğulayıb ki, bu yaxınlarda Rusiyanın və NATO-nun Baş Qərargah rəislərininBakıda keçirdiyi görüş, rəsmi Bakının geosiyasi bölgüdə xüsusi yer tutduğuna bariz nümunədir. 

Markov eyni zamanda Azərbaycanda həyat səviyyəsinin də yüksəldiyini xatırladıb. "Azərbaycanlılar turist kimi də Rusiyaya gəlir. Azərbaycan hazırda rusiyalı turistlər üçün geniş imkanlar təqdim edir. Biz bilirik ki, hazırda viza rejiminin dəyişdirilməsi ilə bağlı İran, Ərəb ölkələrindən Azərbaycana gələn turistlərin sayı artıb. Bundan əlavə Azərbaycanda çox gözəl turistik resurslar da yaradılıb".  AzVision.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR