Deputat: Azərbaycanda 10 yaşdan kiçik qız uşaqlarının sayı nəzərə çarpacaq dərəcədə aşağıdır

"Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə, Azərbaycanda 10 yaşdan kiçik qız uşaqlarının sayı oğlanlarla müqayisədə nəzərə çarpacaq dərəcədə aşağıdır. Azərbaycan dünya statistikasında bu göstəriciyə görə Çindən sonra gəlir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə Komitəsinin üzvü Məlahət İbrahimova komitənin sentyabrın 14-də keçirilən iclasında deyib. M.İbrahimova Azərbaycanda qız-oğlan nisbətinin tarazlaşması üçün maarifləndirmənin aparılmasına ehtiyac duyub. Onun sözlərinə görə, dünyəvi, inkişaf edən, müasir ölkə olan Azərbaycanda hamiləlik zamanı ultrasəs müayinəsi ilə dölün cinsinin müəyyən olunmasının özü ölkədə tibbi maarifləndirmə işlərinin aparılmasına ehtiyacın olduğunu göstərir: "Bu maarifləndirmənin aparılması çox vacibdir. Bu gün Azərbaycanın təcrübəsi davamlı inkişaf məqsədlərində öz əksini tapırsa, deməli, biz bu məsələyə yeni fəlsəfi mahiyyətdən yanaşmalıyıq. Bu mənada cəmiyyətin maarifləndirilməsinə böyük ehtiyac var".

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR