Moskvada Azərbaycana qarşı erməni təxribatı

Rusiya paytaxtında keçirilən "Worldfood Moscow" Beynəlxalq Ərzaq Sərgisində ermənilər təxribata əl atıblar. Məlumata görə, Azərbaycan stendindən aralıda quraşdırılan Ermənistanstendində Dağlıq Qarabağa aid şirkətlərin məhsulları nümayiş olunub.  Ermənilər separatçıların məhsullarını stendin ən görünən hissəsində nümayiş etdirirlər. Onlar sərgi iştirakçılarına "Arsax-Eko" şirkətinin istehsal etdiyi meyvə və tərəvəz konservləri, kompotlar, duz və doşab təqdim edirlər. 
Xatırladaq ki, Ermənistan sərgidə Dağlıq Qarabağ şirkətlərini yerli şirkətlər kimi təqdim edir, stendlərin qarşısında qondarma Dağlıq Qarabağın bayrağını qoyur. 
Qeyd edək ki, Azərbaycan ilk dəfə olaraq "Worldfood Moscow" Beynəlxalq Ərzaq Sərgisinin yeganə ekskluziv partnyorudur. AzVision.az




 

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR