Bahar Muradova Vyetnam nümayəndə heyəti ilə görüşüb

Milli Məclis Sədrinin müavini Bahar Muradova Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi, Siyasi Büronun üzvü, Vyetnam KP MK-nın xalq kütlələri ilə iş şöbəsinin müdiri xanım Çyunq Txi Mayın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. "Olaylar" xəbər verir ki,  B.Muradova qeyd edib ki, belə görüşlər ölkələrimiz arasında əlaqələrin  möhkəmlənməsinə xidmət edir. Diplomatik əlaqələrin qurulduğu 25 il ərzində Azərbaycan-Vyetnam münasibətləri yüksələn xətt üzrə inkişaf edib. Vyetnam Kommunist Partiyası ilə Yeni Azərbaycan Partiyası arasında əməkdaşlıq da uğurla inkişaf edir. Azərbaycanın müstəqillik dövründə qazandığı nailiyyətlərə toxunan vitse-spiker bütün ölkələrlə siyasi, iqtisadi, humanitar sahələrdə əməkdaşlıq əlaqələrinin qurulduğunu bildirib. Beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığı yüksək dəyərləndirib. Münasibətlərin inkişafında Azərbaycanla Vyetnamın dövlət başçılarının, parlament və hökumət rəhbərlərinin qarşılıqlı səfərlərinin rolunu xüsusi qeyd edib. Ölkələrimiz arasında rəsmi diplomatiya ilə yanaşı parlament diplomatiyasının da mühüm əhəmiyyət daşıdığını vurğulayıb.  Qonaqlara Milli Məclisin tərkibi, komitələri və beynəlxalq əlaqələri barədə məlumat verən Bahar Muradova iqtidar partiyası olan YAP-ın ölkənin tərəqqisində mühüm rol oynadığını, parlamentdə 71 deputatla təmsil olunduğunu da nümayəndə heyətinin nəzərinə çatdırıb.  Dağlıq Qarabağ probleminə toxunaraq Vyetnamın iqtidar partiyasını bu münaqişənin çözülməsinə töhfə verməyə çağırıb. Görüşdə Vyetnam nümayəndə heyətinin başçısı xanım Çyunq Txi May Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə, beynəlxalq hüququn norma və prinsiplərinə əməl olunmaqla həllinə tərəfdar olduqlarını bildirib.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR