Qənirə Paşayeva Türk dünyası QHT-lərini fəal olmağa çağırdı

Millət vəkili Qənirə Paşayeva ön cəbhədə Türkiyə nümayəndə heyətinə işğalçı Ermənistanın vandalizm aktlarını göstərib və həqiqətlərimizin daha geniş yayılmasında Türk dünyası QHT-lərini daha fəal olmağa çağırıb. Qardaş Türkiyədən gəlmiş və Azərbaycanın Türkiyədə daha geniş tanıdılmasında,  Qarabağ həqiqətlərinin yayılmasında fəal olan  İSTAD təşkilatının sədri Səfər Karakoyunlunun rəhbərlik etdiyi 17 nəfərlik  nümayəndə heyəti Azərbaycana səfərləri çərçivəsində ön cəbhə rayonu olan Tovuza da səfər ediblər.  Millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin rəhbəri Qənirə Paşayevanın müşayiəti ilə qonaqlar Tovuzda ilk öncə Şəhidlər Xiyabanını ziyarət ediblər.

Sonra qonarlar Tovuz rayonunun Ermənistanın Noyamberyan (Şəmşəddin) rayonu ilə sərhəd olan Ağdam kəndinə gəlmişlər. Burada Türkiyə nümayəndə heyətinə Ermənistan silahlı qüvvələrinin azərbaycanlılara, o cümlədən Tovuz rayonunun sakinlərinə qarşı törətdikləri qeyri-insani hərəkətlər, vandalizm aktları haqqında geniş məlumat verilib. Ziyarətin sonunda millət vəkili Q.Paşayeva nümayəndə heyəti üzvlərinə Azərbaycan tarixi, mədəniyyəti ilə bağlı materiallar,hədiyyələr təqdim edib və onların Tovuza səfərinin qardaş ölkədən daha çox insanın rayonu ziyarət edəcəyinə bir vəsilə olacağına da ümidvar olduğunu bildirib, türk dünyası QHT-lərini fəal olmağa çağırdı.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR