Erməni vandalizmi cəzasız qalmamalıdır

Beynəlxalq birliyin susqunluğu düşmən ölkəni daha da aqressivləşdirir

Cəzasızlıq sindromu, dünyada mövcud olan ikili standartlar Ermənistanı daha aqressiv olmağa, öz vandal hərəkətlərini davam etdirməyə sövq edir. Keçən ayın əvvəllərində Füzuli rayonunun Alxanlı kəndində mülkü vətəndaşların erməni gülləsinə tuş gəlməsi, 2 yaşlı Zəhra Quliyeva və onun nənəsinin düşmən gülləsindən həlak olması, bunun ardınca ermənilərin Tovuz rayonunun kəndlərini atəşə turaraq 13 yaşlı həmyerlimizi yaralaması deyilənlərin təsdiqidir. Təəssüflər olsun ki, Ermənistanın bu qeyri-insani davranışları, mülkü vətəndaşları hədəfə seçməsi hələ də beynəlxalq birlik tərəfindən susqunluqla qarşılanır, işğalçı ölkəyə qarşı hər hansı bir tədbirlər görülmür.

Politoloq Ramiz Alıyev də deyir ki, məhz bu cəzasızlıq sindromu erməniləri daha aqressiv edir və onları yeni-yeni cinayətlərə sürükləyir: "Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, bu gün dünya erməni cinayətlərini görməməzlikdən gəlir. Ermənistanın mülkü vətəndaşları hədəf alması, cəbhə bölgəsinə yaxın olan kəndlərdəki insanlarımızın erməni gülləsindən həlak olması və ağır yaralanması işğalçı ölkə tərəfindən həm də mühribə qanunlarının kobud şəkildə pozulmasıdır. Amma hələ də dünya birliyi bu vandalizmə, erməni terrorizminə göz yumur". Ramiz Alıyev qeyd edib ki, Suriya prezidenti Bəşər Əsədin kimyəvi silah işlədib öz xalqına qarşı cinayət həyata keçirməsinə dərhal reaksiya verən, Əsədin bu hərəkətlərini müharibə qanunları və beynəlxalq konvensiyalara zidd hesab edən, yaxud vaxtilə İraqda kimyəvi silahlardan istifadə olunduğunu əsas gətirərək bunu da qeyd edilən prinsiplərə zidd sayaraq bu ölkədə antiterror əməliyyatı reallaşdıran beynəlxalq alım, dünyanın super güc mərkəzləri, nədənsə Sərkisyan hakimiyyətinin, Ermənistan dövlətinin anoloji addımlarına, beynəlxalq konvensiyalara, müharibə qanunlarına zidd hərəkətlərinə qarşı adekvat addım atmır, mövqe nümayiş etdirmirlər: "Əslində dünya birliyindən bunu gözləmək də bir qədər sadəlövhlükdür. Çünki dünyada həqiqətən də adələt olsa, ayrı-ayrı dövlətlər ikili standartlardan, erməni lobbisinin, hətta Ermənistan dövlətinin maraqlarından çıxış etməsələrdi, işğalçı ölkənin prezidenti Serj Sərkisyan çoxdan beynəlxalq tribuna qarşısına çıxarılmış, ona qarşı ən ağır cəza tətbiq edilmişdir. Necə ki, vaxtı ilə Slobadan Miloşeviçə qarşı törətdiyi qeyri-insani hərəkətlər və kütləvi qətillərə görə məlum cəza tətbiq edildi. Təkcə Xocalıda həyata keçirilən soyqırım fatkı ilə Ermənistan prezidenti Serj Sərkisyanı beynəlxalq məhkəmə, tribunal qarşısına çıxarmaq mümkün idi. Ancaq biz reallıqda nə görürük? Dünya ölkələri yaxın tariximizdə, hər kəsin gözü qarşısında Xocalıda azərbaycanlılara qarşı həyata keçirilən soyqırıma görə Ermənistan rəhbərliyini, həmin soyqırımda bilavasitə iştirak edən və bunu açıq şəkildə etiraf edən preziden Serj Sərkisyanı cəzalandırmaq əvəzinə, erməni yalanlarına şərik çıxaraq qondarma qoyqırımı tanıyır, türklərin 1915-ci ildə erməniləri soyqırıma məruz qoyduqlarını iddia edirlər. Ortada olan münasibətdən hər şey aydındır". Politoloq deyib ki, beynəlxalq aləm hələ ki, erməni dəyirmanına su tökmək, erməni lobbisinin maraqlarına xidmət etməklə məşğuldur: "Yaxud keçən ayın əvvəllərində Füzuli rayonunun Alxanlı kəndində mülkü vətəndaşların atəşə tutulması, iki dinc sakinin qətlə yetirilməsinə adekvat reaksiya olsaydı, bu gün erməni vandalizmi davam etməzdi". Ramiz Alıyevin sözlərinə görə, erməni cinayətlərinə olan biganə münasibət və düşmən ölkənin vandal hərəkətlərinin davam etməsi müharibə riskini artırır və Azərbaycanın müvafiq addımlar atmasını zərurətə çevirir: "Əgər dünya birliyi Ermənistanı bu qeyri-insani hərəkətlərinə görə cəzalandırmasa, o halda Azərbaycan Silahlı Qüvvələri öz üzərinə düşən şərəfli missiyanı həyata keçirmək, gerçəkləşdirmək məcburiyyətində qalacaq. Çünki düşmən törətdiyi cinayətlərə görə, cəzalandırılmadıqca, daha da azğınlaşır, vəhşiləşir". Politoloq hesab edir ki, bu dəfə cəbhədə hərbi əməliyyatlar başlayacağı təqdirdə Ermənistan ciddi itkilərlə üzləşəcək və bu İrəvan üçün böyük fəlakət olacaq: "Əgər beynəlxalq aləm, dünya birliyi, ermənilərin maraqlarına xidmət edən bəzi dövlətlər Ermənistanın belə bir fəlakətlə üzləşməsini istəmirlərsə, dərhal hərəkətə keçməli, düşməni yerində oturtmalıdırlar"

Süleyman

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR