Həmsədr: “Ümid edirəm ki, prezidentlərin növbəti görüşündə müəyyən addımların atıldığı elan ediləcək”

"Mən ümid edirəm ki, prezidentlərin növbəti görüşü zamanı tərəflər həmrəylik nümayiş etdirəcək və hətta tam nizamlanma əldə olunmasa da, müəyyən addımların atıldığını elan edəcəklər". Bu sözləri ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Riçard Hoqland "Azadlıq" radiosunun Azərbaycan və Ermənistan xidmətlərinə müsahibəsi zamanı deyib. O bildirib ki, münaqişənin həlli ilə bağlı çərçivə sazişi, onunla əlaqəli addımlar və mərhələlər mövcuddur: "Nizamlanmanın əsasında isə regionun əhalisinə sülh, təhlükəsizlik və rifah gətirəcək, vəziyyəti demilitarizasiya edəcək kompromisin axtarılması dayanır". Səfir Rusiya-ABŞ münasibətlərinin danışıqlar prosesinə təsiri məsələsinə də toxunub: "İki ölkə arasında yaranmış gərginliyə baxmayaraq, ABŞ Rusiya ilə bu məsələdə işləməyə davam edir. Bizim işimizdə bir-birimizlə münasibətdə heç nə dəyişməyib. Siyasətçilər öz aralarında toqquşa bilərlər, lakin biz işimizi davam etdirmək niyyətindəyik".

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR