ABŞ Rusiya və İranı da “şər üçbucağına” daxil etdi

ABŞ Konrqesinun qəbul etdiyi qanunda "şər üçbucağına" Rusiya və Şimali Koreya ilə yanaşı İranı da əlavə etməsi gələcəkdə Azərbaycana müəyyən problemlər yaradacaq. "OLAYLAR"-ın xəbərinə görə, belə bir açıqlama ilə politoloq Elxan Şahinoğlu çıxış edib: "Birincisi, Rusiya-İran ittifaqı heç zaman Azərbaycanın xeyrinə olmayıb. Əslində İrandakı siyasi və dini dairələrin heç vaxt Rusiyaya inamları olmayıb, ancaq Rusiya hakimiyyətinin anti-Qərb siyasəti və son illər Moskvanın Suriya rejiminə verdiyi dəstək Tehranı istər-istəməz yenidən Rusiya ilə əlaqələri genişləndirməyə, tərəfdaşlığı artırmağa sövq edib. ABŞ-ın yeni sanksiayaları isə bu ikiliyi yenidən zorən müttəfiqlərə çevirəcək. Bu isə o deməkdir ki, Rusiya və İran Cənubi Qafqaz və Qarabağ münaqişəsinin həllinə baxışda da eyni prizmadan yanaşacaqlar. Ikincisi, Konqresin və ABŞ prezidenti Donald Trampın anti-İran siyasəti eyni ilə İranda anti-amerikan əhval-ruhiyyəsini gücləndirəcək və İrandakı dairələr ətraflarında da amerikan dostlarını və tərəfdaşlarına şübhəylə yanaşmağa başlayacaq. Azərbaycanın isə Amerika ilə tərəfdaşlıqdan itmina etmək fikri yoxdur".

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR