Prezident: “Azərbaycan-Latviya Birgə Bəyannaməsi Aİ ilə Azərbaycan arasında imzalanacaq sənəd üçün gözəl əsas yaradır”

"Avropa İttifaqı-Azərbaycan əlaqələri uğurla inkişaf edir". Bunu Riqada Latviya prezidenti ilə birgə mətbuata açıqlama verən Azərbaycan prezidenti İlham Əliyev deyib.

Dövlət başçısı bu ilin əvvəlində Brüsellə uğurlu səfər etdiyini xatırladıb. O bildirib ki, səfərdən bir gün sonra Avropa Komissiyası ilə Azərbaycan arasında yeni saziş üzərində işlər başlayıb: "Əlbəttə, strateji tərəfdaşlıq haqqında bu gün imzalanan Birgə Bəyannamə hesab edirəm ki, Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanacaq sənəd üçün də gözəl əsas yaradır. Onu da qeyd etməliyəm ki, Avropa İttifaqının üzvü olan 11 ölkə ilə artıq Azərbaycanın strateji tərəfdaşlıq haqqında sənədləri var. Bu, əslində bizim strateji əməkdaşlığımızı əks etdirir". Prezident qeyd edib ki, Latviyanın Azərbaycan-Avropa İttifaqıəlaqələrinin inkişafında çox böyük rolu var.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR