Ermənistanda faşizm ideologiyası hökmrandır

Dünya ermənilərin faşist düşüncəsini görmür

Ermənistanda faşizm ideologiyası tam hökmrandır. Düşmən ölkədə çöldə qoyun otaran çobandan tutmuş, prezidentlərinə qədər hamı "Böyük Ermənistan" yaratmaq xülyası ilə alışıb yanırlar. Hamısı da bu ideyada birləşirlər. Ən humanist erməninin, insan hüquqlarından ağızdolusu danışan erməninin belə içini araşdırsan, beyinlərini yoxlasan onların da beyinlərinin bu ideya ilə zəhərləndiyini asanlıqla görərik. Ancaq müstəqil ekspert Rövşən Məmmədli təəssüf hissi ilə qeyd edir ki, dünya ermənilərin bu faşist düşüncəsini ya görmür, ya da görsələr belə əhəmiyyət vermirlər. Çünki, bu Nijdeh təfəkkürlü faşizm dünyanın hamısına qarşı yox, ilk növbədə türklərə qarşı yönəlib. Türkün parlaq və zəngin keçmişinə, möhtəşəm və hökmran təbirli keçmişinə görə ondan ehtiyatlanan Qərb dünyası isə əməlli-başlı bu erməni faşizminə bilmədən rəvac verir. Elə bütün dünyaya yayılmış ermənilərin davranışlarına baxın. Bu millət bəşəriyyətin xoş gələcəyi üçün hansısa bir addımı belə atmayıb. Harada varsalar, orada mütləq birləşib "Böyük Ermənistan" üçün çalışır, yaşadıqları ölkənin hakimiyyətini Türk dünyasına qarşı qoyur, xalqları isə yalançı "erməni soyqırımı" ilə aldadıb türklərə nifrət ruhu yaratmağa çalışırlar. Faşistlərin başında palıd ağacı, heç alaq otu da olmur. Ancaq onların qafalarında, milyonlarla insan qanının axacağına aparan qanlı ideologiya-faşist düşüncəsi var. Erməni faşizminin özəlliyi ondadır ki, onlar öz gücləri ilə istəklərinə çatmayacaqlarını anlayırlar. Odur ki, böyük dövlətləri tovlayıb türklərə qarşı qoyurlar. Baxın ermənilərin işi-peşəsi dünya dövlətlərinin, xüsusilə Qərb dövlətlərinin qanunverici və icraedici orqanlarını gəzib onlara yalançı, uydurma "erməni soyqırımı"nı tanıtmaq və bundan Türkiyəyə qarşı basqı kimi yararlanmaqdır. Bu haqda çox yazıldığından, geniş izahata ehtiyac yoxdur. Maraqlıdır ki, erməniləri dünya xalqlarından aşkar fərqləndirən xeyli cəhətləri də var. Belə cəhətləri hətta dini baxışlarında da yer alıb. Yeganə olaraq xristian adı altda qriqoryanlıq təriqətin seçiblər, bir çox kilsələrlə də həmişə cəkişmələrdə olublar. Elə onların faşizm düşüncəsinə mübtəla olmalarında da kilsələrinin rolu mühüm olub. Erməniləri başqa xalqlardan həmişə fərqləndirən, tərifləyən, üstün tutan kilsələr istədiklərindən yüz qat irəli getməklə erməniləri əməlli-başlı faşizm ideologiyasına qurban veriblər. Bir məqamı da xüsusi vurğulayaq. İndi erməni faşizmini erməni -xristian təəssübkeşliyi pərdəsi altında müdafiə edən və hətta qızışdıran Qərb dövlətləri bilməlidirlər ki, əgər erməni faşizmi rəvac tapıb böyüsə, bu tək Türk dünyası üçün yox, eləcə də Qərb, Xristian dünyası üçün kifayət qədər baş ağrısı olacaq. Odur ki yolundan çıxan xalqı, ölkəni vaxtında öz cığırına qaytarıb yerində oturtmaq lazımdır. Bütün uzaqgörənliyimlə deyirəm ki, bu gün qonşuluqlarında yetişməkdə olan erməni faşizminə əlaltdan güclü dəstək verən İran və Rusiya bu faşizmidən daha çox zərər çəkən tərəflər olaca. Odur ki, xırda maraqlara görə böyük zərərlərə düşməyə ehtiyac və əsas yoxdur".

Ekspert onu da qeyd edib ki, İrəvanda siyasətşünaslar Qarabağ məsələsinin çeşidli aspektlərdən təhlillərini aparsalar da, ancaq əsas məqsəddə birdirlər. İşğal etdikləri torpaqları əllərində saxlamaq, eyni zamanda ATƏT-in Minsk qrupu dövlətlərini, xüsusilə üç həmsədr dövləti müharibənin baş verməməsinə çağırmaqdır. Erməni xislətlərini, həm qorxaqlıqları, həm də tamahlarını gizlətməyən bu murdarlar hətta Azərbaycanı müharibəyə hazırlaşmaqda, müharibə aparmaq niyyətində olması kimi sarsaq ittihamlarda günahlandırır, Rusiyanın Azərbaycana silah satmasını sülhü pozması kimi qiymətləndirirlər. Ermənilərin alçaq niyyətli olmaları çoxdan bəllidir, bəs bizim dövlətin yetkililəri bu son danışıqlarda,tədbirlərdə hansı halları qabardır, nəyi tələb edirlər". Xarici işlər nazirlərinin son görüşünə toxunan ekspert deyib ki, son danışıqlardan məlum oldu ki, problemin həllində uğur sayıla biləcək yeganə hal elə danışıqların baş tutması olub: "Qalan heç nədə razılıq olmayıb. Deməli biz yenə də danışıqlar xətrinə" danışıqlara getmiş oluruq. Əslində isə ərazisi işğala məruz qalan, bir milyondan artıq məcburi köçkünü olan, işğal altındakı əraziləri erməni vandallarının ayaqları altında xarabalığa çevrilən, yeraltı, yerüstü sərvətləri vəhşiliklə talanan Azərbaycan bu danışıqlarda bütün bu halları qabartmaqla səsini daha ucalara qaldırmalı, erməni faşizmini dinc əhalimizə qarşı törətdiyi hərbi cinayətlərə görə ittiham etməlidir".

Füzuli

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR