Ermənistan güzəştə getmək istəmir

ATƏT-in Minsk qrupu həmsədrlərinin iştirakı ilə Azərbaycan və Ermənistan XİN görüşündə Qarabağ konfliktinin həlli istiqamətində mümkün danışıqlar prosesini davam etdirilməsi razılaşdırılsa da, il ərzində hər hansı bir müsbət irəliləyişləşlərin gözlənilmir. "OLAYLAR"-ın xəbərinə görə, bu fikirləri politoloq Məhəmməd Əsədullazadə səsləndirib. O, bildirib ki, bu görüşdə həmsədrlərin prezidentlərin görüşü təşəbbüsünü qaldırması, ilk növbədə payız aylarında cəbhə xəttində hərbi eskalasiyanın qarşısını almağa hesablanıb: "Prinsip etibarilə Minsk qrupuda prezidentlərin görüşündən müsbət irəliləyişlər gözləmir. Ermənistan prezidenti Serj Sarkisyan verdiyi müsahibədə payızda prezident İlham Əliyevlə görüşünü ola biləcəyini qeyd etsə də indidən öz qeyri-konstruktiv mövqe nümayiş etdirir. Belə görünür ki, Sarkisyan payızda gözlənilən görüşün nəticəsiz olacağını qeyd edir. Əgər nəticəsiz bir görüş olacaqsa, hesab edirəm ki, görüş xatirinə bu görüşə Azərbaycan qatılmamalıdır. Bu kimi manipulyasiya görüşlər Kremlin marioneti Sarkisyanın leyhinə işləyir. Erməni ictimaiyyətinə bir daha özünü kompromissiz və güzəştsiz obrazını yaratmaqla növbəti ildə Baş nazirliyə getmək istəyini formalaşdırır". Politoloq deyib ki, artıq Rusiya XİN ilin sonuna kimi Ilham Əliyevlə Serj Sarkisyanın görüşünün keçirilməsi barədə müəyyən mətbuata məlumatlar verib: "Görünür, Rusiyanın yeni həll planı var və tərəflərə təqdim etmək üçün belə bir görüşün keçirilməsini təşkil edir. Ümummiyyətlə ilin axırına qədər ərazilərin boşaldılması üçün Ermənistan heç bir güzəştə getməyəcək".

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR