Serj Sarkisyan: "İlham Əliyevlə görüş payızda ola bilər"

Ermənistan prezidenti Serj Sarkisyan "Ermənistan" televiziya şirkətinin "R-Təkamül" proqramına müsahibəsində bildirib ki, Azərbaycan prezidenti İlham Əliyevlə görüş haqqında ilkin razılıq bir neçə həftə əvvəl-ATƏT-in Minsk Qrupu həmsədrlərinin səfər zamanı əldə olunmuşdu.

Virtualaz.org-un məlumatına görə, S.Sarkisyan deyib: "Onlar yüksək səviyyədə görüşün təşkili ilə bağlı bizim mövqeyimizlə maraqlandılar,  cavab verdik ki, biz belə görüşlərə nəsə xüsusi ümid bəsləmirik, çünki  onlar müəyyən hazırlıq işlərini nəzərdə tutur.

Və hazırlıq işləri konkret təkliflərə əsaslanan mövqeni ehtiva edir. Bu iş isə yoxdur. Bununla belə, biz hər hansı görüşə qarşı deyilik və ona həmişə hazırıq. Görüşdən gözləntilər böyük olmasa da, o, payızda ola bilər".

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR