Növbəti erməni həyasızlığı

Yaxud məhv edilmiş 6 erməni hərbiçisinin ölümü ilə bağlı cinayət işinin açılması nəyə xidmət edir?

Son günlər işğalçı Ermənistanın cəbhə xəttindəki təxribat cəhdləri intensivləşib. Atəşkəs rejimini iriçaplı silahlar və minaatanlardan istifadə etməklə pozmaqda davam edən düşmən müntəzəm olaraq yaşayış mənətəqlərini də hədəf seçib. Bu günlərdə düşmən qüvvələri daha bir təxribata cəhd göstərsələr də, lakin Azərbaycan Silahlı Qüvvələrinin cavab atəşi ilə erməni təxribatının qarşısı alınıb. Düşmən ciddi şəkildə itgi verərək məkirli planını reallaşdıra bilməyib. Düzdür, Ermənistan silahlı bölmələrinin növbəti təxribatının qarşısını alarkən ordumuz bir nəfər şəhid versə də, lakin şəhidimizin qanı yerdə qalmayıb. Belə ki, görülən qətiyyətli cavab tədbirləri nəticəsində iyunun 15-i və 16-da işğalçı qüvvələrin 6 hərbi qulluqçusu məhv edilib. Həmçinin erməni hərbiçilərdən bir neçəsi yaralanıb.

Ermənilərin cəbhə xəttində verdiyi itgilər İrəvanda növbəti dəfə ciddi etiraza səbəb olub. Belə ki, övladları hərbi xidmətdə olan ermənilər hakimiyyəti mənasız mübarizədən çəkinməyə və əsgər həyatı ilə oynamamağa çağırıblar. Vəziyyətin mürəkkəbliyini nəzərə alan Sərkisyan hakimiyyəti isə etirazların qarşısını almaq üçün növbəti gediş edib. Nə qədər gülməli olsa da, erməni rəsmiləri cəbhə xəttində Azərbaycan Silahlı Qüvvələri tərəfindən məhv edilən erməni hərbiçilərin ölümü ilə bağlı cinayət işinin açıldığını bildiriblər. Bir qədər də konkretləşdirsək erməni rəsmilər işğalçı ölkənin hərbiçilərinin milli, irqi və dini ayrıseçkilik, dözümsüzlük, dini fanatizm zəminində öldürüldüklərini iddia ediblər. Və cinayət işi də məhz bu aspektdə açılıb.

Məsələ ilə bağlı fikirılərini bölüşən hərbi ekspert Üzeyir Cəfərov bildirib ki, bu faktın özü erməni həyasızlığının, abırsızlığının daha bir nümunəsi kimi qəbul oluna bilər. Hərbi ekspertin sözlərinə görə, ermənilər o qədər çaşqın və çıxılmaz bir durumdadırlar ki, öz ağılsızlıqları ucbatından itirdikləri əsgər və zabitlərə görə onlara qarşı İrəvanda başlayacaq tələb və təzyiqlərdən bir balaca özlərini sığortalamaq üçün cinayət işi başlıyıblar: "Amma, cinayət işini elə bir gülünc və absurd maddə ilə başlıyıblar ki, sadəcə bunun heç bir perspektivi olmadığı artıq indidən bəllidir. Öz işləridir, qoy nəyi bacarırlarsa etsinlər. Amma, bu gerizəkalılar cinayət işini Ermənistan Cinayət Məcəlləsinin 104-cü maddəsinin 1, 6 və 13-cü bəndlərinin 2-ci hissəsi ilə başlıyıblar". Üzeyir Cəfərov qeyd edib ki, Ermənistan Cinayət Məcəlləsinin həmin maddələrində iki və daha çox şəxslərin milli, irqi və dini ayrıseçkilik, dözümsüzlük, dini fanatizm zəminində öldürülməsi qeyd edilir: "Cinayət işi də həmin maddələrlə başlayıb. Bunlar əməlli-başlı dəliymişlər və biz bunları indiyə kimi tam tanımamışıq. Sən demə, qoşunların təmas xəttində duran Azərbaycan Silahlı Qüvvələrinin qeyrətli əsgər və zabitləri nədənsə bu dəfə işğalçını məhz onun erməni olmasından əlavə, həm də xristian dininə mənsub olduqlarına, eyni zamanda onun xaçpərəst olması amilinə görə öldürüblər. Belə yanaşmanın tərəfdarı olan binavalardan nə insanlıq, nə adamlıq gözləmək olar ki? Əslində, bizim üçün təəccüblənəsi bir şey olmamalıdır. Bu həmin alçaq və şərəfsiz erməni xisləti, tərbiyyəsi və yanaşmasıdır ki, bunlar yaxın tariximizdə, Malıbəylidə, Xocalıda, Əsgəranda və digər Azərbaycan yaşayış məntəqələrimizdə azərbaycanlı qızları, gəlinləri, qocaları və cavanları, məsum körpələrimizi məhz onların milli, dini və irqi göstəricilərinə görə amansızcasına, xüsusi qəddarlıqla qətlə yetirmişdilər". Hərbi ekspert bildirib ki, işğalçı statusunda, əli silahlı erməni əsgərinə ordumuz dəfələrlə xəbərdarlıq edib və onlar bu xəbərdarlığa əhəmiyyət verməyiblər: "Sonra isə məhv edilib. Ermənistanın cinayətkar siyasi-hərbi avantürist rəhbərliyi görün hansı maddələr ilə özünü sığortalamaq üçün "cinayət işi" açırlar?. Yazıqlar olsun sizin ağlınıza, ay bədbəxt erməni başbilənləri. Tam əminliklə demək olar ki, bu binəvalar özlərini itiriblər, çaşqın durumdadırlar. Və yeganə ümidləri, ola bilsin ki, gələcəkdə bu maddə ilə işin Avropa İnsan Hüquqları Məhkəməsində baxılmaq perspektividir ki, bu da mümkünsüzdür. Beləliklə də, Ermənistanın növbəti absurd və axmaq qərarı ermənilərin öz xalqını aldatmaq və görüntü xatirinə atılan addım kimi başa düşülməlidir".

Məhəmməd

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR