Ekspert: “Həmsədrlər lazım olmayan hesabatlar tərtib edib gedəcəklər”

"Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı 25 ildir davam edən siyasi və hərbi gedişatlar artıq dalana dirənib". Bunu Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının sədri, internet-media eksperti Səbuhi Abbasov ATƏT-in Minsk Qrupu həmsədrlərinin Azərbaycana səfərinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, ötən ilin aprel ayında baş verən proseslər bir daha münaqişənin region üçün nə qədər təhlükəli olduğunu göstərdi: "Azərbaycanın mövqeyi aydındır. Biz sülh yolu ilə torpaqlarımızın qaytarılmasını istəyirik. Bunu açıq şəkildə Cənab Prezident bütün beynəlxalq tribunalardan da deyib. Eyni zamanda dünyada mövcud olan bütün beynəlxalq təşkilatlar Dağlıq Qarabağı Azərbaycanın ərazisi kimi de yure qəbul edib. Münaqişənin həlli üçün ATƏT-in Minsk qrupu formatının yaradılması ilk illərdə bizi sevindirirdi. Lakin son 5 ildə baş verən proseslər onu göstərdi ki, bu format olduqca uğursuzdur. Həmsədrlər bu dəfə regiona gəlib heç kimə lazım olmayan hesabatlar tərtib edib gedəcəklər. Hesab edirəm münaqişənin sülh yolu ilə həlli qaçılmazdı. Lakin format ləğv edilməli, daha effektiv bir format qəbul edilməlidi". Sia.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR