Siyasi şərhçi: “Ermənilər müstəqil Azərbaycanın döyüşkən ordusundan qorxurlar” 

"Naxçıvanda keçən Azərbaycan-Türkiyə taktiki təlimlərin əsas əhəmiyyəti ilk növbədə ordunun yeni döyüş texnikasının necə mənsiməsini yoxlamaq, döyüş şəraitinə yaxın və uyğun olaraq hərbi əməlyyatların keçirilməsini mükəmməlləşdirməkdir". Bunu  siyasi şərhçi Arzu Nağıyev deyib.

Onun sözlərinə görə, təlimlər NATO -nun üzvü olan Türkiyə kimi bir dövlətin hərbiçiləri ilə birgə olmaq, eyni zamanda döyüşdə öyrənmək də mühüm əhəmiyyət kəsb edən məsələdir: "Məlumdur ki, birgə hərbi təlimləri Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında imzalanan hərbi əməkdaşlıq haqqında Sazişə əsasən keçirilir və buraya 5000 nəfərədək şəxsi heyət, 250-dən artıq döyüş və müxtəlif təyinatlı texnika cəlb olunub. Naxçıvan bu gün blokada şəraitində yerləşən bir bölgədir və məhz ona görə də burada belə təlimlərin keçirilməsi çox mühüm amildir. Bunu təcavüzkar və işğalçı qonşulardan ermənilər də izləyir və bu həqiqətən də onlara ciddi bir mesajdır. Azərbaycan heç bir hərbi blokda təmsil olmasa da daima ordu quruculuğunda ikitərəfli əlaqləri inkişaf etdirir və buna çox böyük əhəmiyyət verir.

Ermənilərin əsas qorxduğu məsələ məhz Naxçıvanın, eyni zamanda, iqtisadi cəhətdən də daha da güclənməsi və ordu kontingentinin döyüş bacarığının mükəmməl səviyyəyə çatdırılmasıdır. Havadar dövlətlər hesabına döyüş taktikası seçən ermənilər müstəqil Azərbaycan dövlətinin yaratdığı döyüşkən ordudan təbii ki, qorxurlar. Erməni ekspertlər dəfələrlə Azərbaycan ordusunun Naxçıvan tətəfdən ikinci bir cəbhə aça biləcək imkanını vurğulamaqla özlərini sığortalamağa çalışırlar. Məhz elə bu da onları qorxudan əsas narahatlıqdır". Sia.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR