Ermənistan işğal edilmiş ərazilərdə terror düşərgəsi yaradıb

PKK və onun Suriya, İran qanadı Qarabağda təlim keçir

Bir müddət əvvəl İran İslam Respublikasının paytaxtı Tehran şəhərində İŞİD terror təşkilatı tərəfindən həyata keçirilən terror aksiyası ətrafında müzakirələr davam edir. Düzdür, terraktı İŞİD öz üzərinə götürsə də, lakin Tehran terrorunun arxasında digər gizli məqamların olması ilə bağlı da bəzi ehtimallar səslənir, iddialar irəli sürülür. Əsas irəli sürülən fikirlərdən biri Tehranda məlum terraktı həyata keçirən terrorçuların İslam Respublikasına işğalçı Ermənistandan keçməsi ilə bağlıdır. Bir neçə gün əvvəl, daha dəqiq desək Tehran terrorundan dərhal sonra belə bir açıqlama ilə çıxıpş edən Türkiyədə fəaliyyət göstərən Beynəlxalq Əsassız Erməni İddiaları ilə Mübarizə Dərnəyinin (ASİMDER) Sədri Göksel Gülbəy yeni, daha maraqlı məlumatlarla çıxış edib. Əvvəlki açıqlamalarında İranın paytaxtı Tehranda IŞID terror təşkilatı tərəfindən həyata keçirilən terror hücumunun təşkilatçılarının Ermənistandan İrana keçdiklərini deyən ASİMDER rəhbəri bildirib ki, terrorçular PKK terror təşkilatının Suriya qanadı olan YPĞ-nın və İran qanadı PEJAK-ın aktivistlərindən olublar. Göksəl Gülbəy iddia edib ki, Tehran terrorunda Birləşmiş Ştatlar və Avropa da maraqlı olub. Məqsəd İranın Suriyadakı aktivliyinin qarşısını almaqdır. Göksəl Gülbəyin sözlərinə görə, artıq PKK-nın Suriya qanadı sayılan YPĞ-da İŞİD terror təşkilatı ilə anlaşıb və hər iki terror təşkilatı artıq bir sıra məsələlərdə ortaq mövqe nümayiş etdirirlər. Tehran terroruna gəlincə, ASİMDER rəhbəri terrorçuların Tehran barədə kifayət qədər məlumatlı olduqlarını və İslam Respunlikasının paytaxtını yaxşı tanıdıqlarını ifadə edib: "Çünki terrorçular PEJAK-ın üzvü kimi uzun illər İran ərazisində olublar. Sonradan onlar PKK terror təşkilatının rəhbərliyinin tapşırığı ilə İrandan Ermənistan ərazisinə keçiblər. Eyni zamanda onlarla birlikdə PKK-nın Suriya qanadı olan YPĞ sıralarında yer alan terroçular da olub ki, həmin terorrçular da vaxtı ilə Azərbaycanın işğal altıdan olan Dağlıq Qarabağ ərazisinə yerləşdirilənlər sırasında olanlardır". ASİMDER rəhbəri qeyd edib ki, PKK terror təşkilatının rəhbərliyinin diqtəsi və Ermənistan dövlətinin dəstəyi ilə Qarabağa yerləşdirilən həmin terrorçular bir neçə dəfə saxta sənədlərlə İslam Respublikasının paytaxtına turistik səfər edərək əsas strateji obyektləri müəyyən ediblər. PKK-nın İran qolu olan PJAK həmin partlayışlara dəstək verib, terrorçuları bir sıra vacib bilgilərlə məlumatlandırıb".

Bu gün Ermənistanın, xüsusilə işğal altında olan Dağlıq Qarabağın terror yuvasına çevrildiyini diqqətə çatdıran Göksəl Gülbəy hesab edir ki, bundan həm Birləşmiş Ştatlar, həm də Avropa məlumatlıdır: "Əslində elə Birləşmiş Ştatlar və Avropa İranın Yaxın Şərq və Asiya ölkələrindəki fəaliyyətindən narahat olduğu üçün Tehrana mesaj vermək üçün Ermənistanı terror yuvasına çeviriblər". ASİMDER rəhbəri işğal altında olan Dağlıq Qarabağ ərazisinə yerləşdirilən terrorçular barədə yeni faktlarla da çıxış edib. Bildirib ki, PKK terror təşkilatının İrandakı qanadı sayılan PEJAK terror təşkilatı İslam Respublikasının torpaqlarını tərk edərək Ermənistanın işğal etdiyi Azərbaycan ərazisinə, Dağlıq Qarabağa yerləşdirlib. Mərkəz rəhbərinin sözlərinə görə, təkcə PEJAK terror təşkilatının 1750 üzvü, terrorçusu Qarabağ bölgəsində yerləşdirilib: "İşğal edilmiş Dağlıq Qarabağda PEJAK terrorçuları üçün 12 təhsil düşərgələri yaradılıb. Əslində isə həmin düşərgələr sırf hərbi təlimlər üçün nəzərdə tutulub. PKK və PEJAK terror təşkilatı üzvlərinin işğal altında olan Dağlıq Qarabağ ərazisində yerləşdirilməsi barədə məlumatlar sosial şəbəkələrdə edilən paylaşımlardan da aydın görülü. Ermənistan dövlət rəsmiləri nə qədər inkar etsələr də, işğal etdikləri Qarabağı Fələstindəki Beka vadisinə çeviriblər. Artıq işğal altında olan Dağlıq Qarabağ ərazisi bölgədəki bütün terror təşkilatlarının təlim düşərgəsi rolunu oynayır". ASİMDER rəhbəri bildirib ki, bu təhlükəyə qarşı İran, Azərbaycan, Gürcüstan və Türkiyə diqqət yetirməli, adıçəkilən ölkələr terror təhlükəsini aradan qaldırmaq üçün birgə hərəkətə keçməlidirlər: "Yaxud Ermənistan rəhbərliyinə bununla bağlı ciddi xəbərdarlıq edilməlidir ki, terror təşkilatları ilə əməkdaşlıqdan əl çəksin".

Füzuli

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR