Ermənistanın siyasi təxribatı

Ermənistan mətbuatının verdiyi məlumata görə, 14-17 sentyabr, 2017-ci il tarixlərində Azərbaycanın işğal olunmuş Xankəndi şəhərində beynəlxalq gənclər konfransının keçirilməsi nəzərdə tutulub. Ermənistan İdman və Gənclərlə İş üzrə Nazirliyi tərəfindən təşkil ediləcək bu konfransın məqsədi guya gənc alim və mütəxəssislərin iştirakı ilə qondarma rejimin tanınmasının problem və perspektivlərini müzakirə etməkdir. "OLAYLAR"-ın xəbərinə görə, məsələyə münasibət bildirən hüquq müdafiəçisi Əhməd Şahidov bildirib ki, Ermənistan hakimiyyəti bu tip tədbirləri işğal altında saxladığı Azərbaycan torpaqlarında keçirməklə bir növ beynəlxalq ictimaiyyətin dəstəyini qazanmağa və qondarma Dağlıq Qarabağ Respublikasının tanınmasına çalışır: "Amma təcrübə göstərir ki, bu kimi tədbirlərin əsas iştirakçıları Ermənistan vətəndaşları və digər ölkələrdə yaşayan tək-tük erməni əsilli şəxslərdir. Burada Ermənistanın əsl məqsədi siyasi təxribat, qondarma rejimi təşviq etmək və dəvət olunan şəxsləri özünün siyasi təbliğat alətinə çevirməkdir".

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR