Amerika-Azərbaycan münasibətlərində yeni dönəm başlanır

Vaşinqton Bakı ilə əlaqələri inkişaf etdirməkdə maraqlıdır

Yeni Ağ Ev administrasiyası formalaşandan sonra müşahidə edilən müsbət tendensiyalardan biri də ondan ibarətdir ki, Vaşinqton əvvəlki rəhbərlikdən fərqli olaraq bir sıra ölkələrlə mövcud olan problemləri, sərin münasibətləri aradan qaldırmağa üstünlük verməkdədir.  Bu Birləşmiş Ştatlar prezidenti Donald Trampın Ağ Ev rəhbəri kimi verdiyi ilk açıqlamalarda da özünü aydın şəkildə göstərirdi. İstər Birləşmiş Ştatların Rusiya ilə bağlı mövqeyi, istər Türkiyə ilə münasibətləri fonunda da yeni yanaşmanı görmək mümkün idi. Eyni zamanda anoloji yanaşma Amerikanın Cənubi Qafqaz siyasəti, xüsusilə Azərbaycana olam münasibətində açıq sezilirdi. Gəlinən qənaət ondan ibarət idi ki, yeni Ağ Ev rəhbərliyi xarici siyasətdə bir sıra dəyişikliklər edəcək. Daha doğrusu, Vaşinqton bundan sonra ayrı-ayrı ölkələrlə güc dili ilə deyil, qarşılıqlıə anlaşma şəraitində əməkdaşlığq üstünlük verəcək. Artıq qeyd edilən müsbət tendensiya özünü göstərməkdədir.  Görünən odur ki, yeni Ağ Ev rəhbərliyi digər ölkələrlə bərabərhüququlu, qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrini inkişaf etdirməyi qarşısına məqsəd qoyub və Vaşinqton xarici siyasətini məhz bu istiqamətdə qurub. Bu yanaşma Vaşinqtonun Azərbaycana olan münasibətində də aydın sezilir. Birləşmiş Ştatlar prezidenti Donald Trampın may ayı ərzində iki dəfə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə ünvanlamış olduğu məktublarda da qeyd edilən məqamlar özünü ehtiva edir.

İlk olaraq Birləşmiş Ştatlar prezidenti Donald Trampın Respublika Günü münasibətilə azərbaycanlı həmkarı İlham Əliyevə ünvanlamış olduğu təbrik məktubunun mətninə diqqət yetirək. Ağ Ev rəhbərinin təbrik məktubunda aydın şəkildə ifadə edilir ki,  Azərbaycan Amerika Birləşmiş Ştatlarının dəyərli tərəfdaşıdır. Ağ Ev rəhbəri qeyd edir ki, hər iki ölkə birgə səylər nəticəsində terrorizmə qarşı mübarizə apararaq qlobal təhlükəsizliyi möhkəmləndirmək üçün çalışır. Məktubda Donald Trampın Azərbaycana nə dərəcədə önəm verdiyi də açıq şəkildə qeyd edilir və ABŞ prezidenti əminliklə bildirir ki, Amerika Azərbaycan xalqının yanındadır və təhlükəsizlik, iqtisadi əməkdaşlıq və demokratik prinsiplər sahəsində dialoq vasitəsilə münasibətlərimizin möhkəmləndirilməsinə sadiqik.
Yeni Ağ Ev administrasiyasının Cənubi Qafqazda Azərbaycana xüsusi önəm verməsinin əsas səbəblərindən biri də ölkəmizin Avropanın enerji təhlükəsizliyində önəmli rol oynamasıdır.  Və Azərbaycanın malik olduğu bu imkanlardan okeanın o tayında da məlumatlıdırlar. Təsadüfi deyil ki, Ağ Ev rəhbəri Azərbaycan Prezidenti İlham Əliyevə gödərmiş olduğu təbrik məktubunda da bu məqama diqqət çəkərək qeyd edib ki, "Siz Avropa üçün yeni enerji mənbəyisiniz və biz bu sahədə uzun müddətli və uğurlu əməkdaşlığımıza görə Sizə minnətdarıq. Sizin iqtisadiyyatınızı şaxələndirmək istiqamətində gördüyünüz işlərlə bərabər biz ölkələrimiz arasında yeni faydalı biznes əlaqələrinin qurulmasını istəyirik". Bu arada bir məqama da diqqət çəkmək yerinə düşər. Belə ki, may ayının üçüncü ongünlüyündə Səudiyyə Ərəbistanında ərəb-müsəlman-Amerika sammitinin keçirilməsi və həmin sammitə məhz Azərbaycan prezidentinin də dəvət edilməsi məhz Vaşinqtonun Bakıya olan diqqətinin göstərici sayıla bilər. Düzdür, dəvəti bir qayda olaraq tədbirə evsahibliyi edən dövlət həyata keçirsə də, lakin təşkilatçıların da bu məsələdə müstəsna hüquqlara malik olması hər kəsə bəllidir. Daha dəqiq desək yeni Ağ Ev rəhbərliyi Azərbaycanla və onun mövcud rəhbərliyi ilə əməkdaşlığa maraqlı olmasaydı, həmin sammitə ölkəmizin dəvət edilməsinə də razılıq verməzdi. Bunun özü də birbaşa Vaşinqtonun Bakı ilə Barak Obama zamanında bir qədər sərinləşən münasibətlərini inkişaf etdirməyə çalışdığının göstəricisi sayıla bilər.

Ağ Ev rəhbərliyindən Azərbaycana olan eyni münasibət, yanaşma Donald Trampın XXIV Beynəlxalq "Xəzər Neft və Qaz-2017" sərgi və konfransı ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə təbrik məktubunda da açıq-aydın görünür. Birləşmiş Ştatlar prezidentinin Azərbaycana bir ay ərzində iki dəfə ünvanlamış olduğu məktublar və həmin məktublarda yer alan fikirlər onu deməyə əsas verir ki, yeni Ağ Ev rəhbərliyi Azəbaycanla yüksək səviyyəli əməkdaşlığı davam etdirməyə maraqlıdır və bu əməkdaşlıq hər iki ölkənin maraqlarına xidmət edir. Ağ Ev rəhbərinin Azərbaycan Prezidentinə ünvanladığı məktubda yer alan "həm ölkələrimiz, həm də dünya üçün daha gözəl gələcək naminə Sizinlə fəal tərəfdaşımız kimi işləməyi səbirsizliklə gözləyirəm" fikirləri tezliklə Birləşmiş Ştatlar-Azərbaycan münasibətlərində yeni bir mərhələnin başlanacağından xəbər verir.  ABŞ Prezidentinin Azərbaycanı Amerika Birləşmiş Ştatlarının dəyərli tərəfdaşı hesab etməsi və son 25 ildə qurulmuş ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsi istiqamətində səylərin daha da gücləndirilməsi arzusuni ifadə etməsi də gələcək əməkdaşlığın perspektivlərindən xəbər verir.

Birləşmiş Ştatlar-Azərbaycan əlaqələrinininkişaf etdirilməsi və ikitərəfli münasibətlərdə yeni bir mərhələnin yaranması heç şübhəsiz ki, Azərbaycanın bir nömrəli problemi olan Dağlıq Qarabağ probleminin həllinə də öz müsbət təsirini göstərə bilər. Elə Donald Trampın Prezident İlham Əliyevə ünvanladığı məktubda da bu məqam öz əksini tapır. Donald Trampın Amerika Birləşmiş Ştatlarının  Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini qətiyyətlə dəstəkləməsi barədə fikirləri tezliklə münaqişənin həllində dönüş baş verəcəyinə olan ümidləri artırır.

Süleyman

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR