Deputat: “Minsk qrupu Ermənistanın təbliğatının carçısına çevrilib”

"Biz ATƏT-in Minsk qrupuna ATƏT-in təməl sənədlərinə riayət etməyi tövsiyə edərdik. ATƏT BMT TŞ-nin qətnamələrini üstün tutaraq ilk növbədə Azərbaycanın işğal edilmiş ərazilərinin azad edilməsi təqvimi üzərində işləməlidir". Bu fikirləri  Milli Məclisin deputatı Asim Mollazadə deyib. O bildirib ki, bu gün beynəlxalq hüquq normaları kobud şəkildə pozulub. Deputatın sözlərinə görə, Minsk qrupu beynəlxalq hüquqa arxalanmaq əvəzinə, Ermənistanın təbliğatının carçısına çevrilib: "Biz düşünürük ki, ən əsas məsələ beynəlxalq hüququ bərqərar etməkdir. Bunu etmədiyi üçün ATƏT sadəcə refrigeratora çevrilib, münaqişəni dondurmaqla məşğuldur". 

Deputatın fikrincə, Minsk qrupu Münaqişənin həllinə heç bir töhfə verə bilmir: "Bu da onların beynəlxalq hüquq normalarına hörmətsizliyindən irəli gəlir". A. Mollazadə  əlavə edib ki, işğalçı Ermənistana qarşı hər hansı bir qınaq olmadığı üçün o öz təxribatlarını davam etdirəcək: "Çünki işğalçını cilovlayan heç bir qərar və addım yoxdur. İstisna etmirəm ki, Ermənistan mütəmadi öz təxribatını davam etdirəcək, ağır silahlardan atəş açılması nəticəsində mülki insanlar əziyyət çəkəcək. ATƏT bu istiqamətdə  addım atmalıdır".  Azadinform.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR