Millət vəkili: “Əgər bu baş verməsə, müharibə qaçılmazdır”

"Uzun illərdir ki, Azərbaycan torpaqları erməni işğalı altında qalır və biz bundan çox narahatıq. Cənab Prezident də deyib ki, Azərbaycan heç vaxt torpağımızın erməni işğalı altında qalması ilə barışmayacaq və heç zaman torpağımızda ikinci erməni dövlətinin yaradılmasına imkan verilməyək.  Ermənilər bunu yaxşı başa düşür və dəfələrlə erməni siyasətçiləri torpaqlarımızın azad edilməsi ilə bağlı fikirlər söyləyib. Sadə ermənilər də özlərinə aid olmayan Azərbaycan torpaqlarında ölməkdən cana gəliblər və Qarabağda xidmətdən imtina edirlər". Bunu millət vəkili Azər Badamov deyib.

Onun sözlərinə görə, hətta erməni ordusu əsgər çatışmazlığı ilə üzləşib: "Amma çox təəssüf ki, Ermənistanda mövcud rejim hakimiyyətini əlində saxlamaq üçün havadarlarına arxalanaraq danışıqlardan yayınmağa və işğalını  mümkün qədər uzatmağa cəhd edir. Lakin ötən ilin aprelin əvvəlində Azərbaycan ordusu müəyyən qədər gücünü göstərən kimi, Sarkisyan danışıqlar masasına qayıtmaq üçün yalvarırdı. İndi tarixi aprel hadisələrindən müəyyən vaxt keçib və vəziyyətin sakitləşdiyini görən Sarkisyan danışıqlarda sabotajla məşğuldur. Bunun qarşısının alınmasının yeganə yolunu yenidən aprel döyüşlərinin bərpasında görürəm. Əgər erməni rejim aprel döyüşlərini yaddan çıxarıbsa, onlar yenidən hərb meydanında başa salınmalıdır. Bunun baş verməməsi üçün ATƏT və beynəlxalq ictimaiyyət susmamalı, erməniləri beynəlxalq səviyyədə haqq yoluna qayıtmağa məcbur etməlidir. Düşünürəm ki, əgər bu baş verməsə, müharibə qaçılmazdır və erməninin daşı daş üstündə saxlanılmamalıdır". Sia.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR