Serj Sarkisyan xalqa nağıl danışır- Erməni KİV

""Millət-ordu" konsepsiyası Serj Sarkisyana və onun siyasi planlarının yürüdülməsinə təsiredici vasitə kimi lazımdır"

Ermənistan prezidenti Serj Sarkisyanın "millət-ordu-2017" forumundakı çıxşı ölkə mətbuatında, xüsusilə müxalifətyönlü mediada iztehza və məsxərə ilə qarşılanıb. "SƏS" İnformasiya Agentliyinin məlumatına görə, sözügedən məsələ ilə bağlı növbəti dəfə 1in.am saytının analitik bölməsi tənqidi yazı hazırlayıb və Sarkisyanın adıçəkilən formdakı çıxışı sərt şəkildə, və arqumentlərlə ittiham atəşinə tutulub. İddia olunur ki, Serj Sarkisyan xalqa nağıl danışır və xalq artıq bu nağıllara inanmır. 

"Ermənistanın iqtisadiyyatı yalnız bir neçə nəfərə aiddir və bir neçə ailə tərəfindən idarə olunur, ancaq Serj Sarkisyan hər bir Ermənistan vətəndaşının özünü bu ölkənin sahibi kimi görməli olduğunu deyir"

"Vətənpərvərlik tərbiyəsinin möhkəmləndirilməsi üçün ilk növbədə Ermənistanın hər bir vətəndaşında bu ölkənin sahibi hissini gücləndirmək lazımdır"-deyə Serj Sarkisyanın fikirlərini yazan erməni saytı həmçinin qeyd edib ki, forum müdafiə nazirliyinin təşəbbüsü əsasında keçirilir və "millət-ordu" konsepsiyasının müəllifi müdafiə naziri Vigen Sarqsyandır. SİTAT: "Daha doğru desək, müəllif Sarqsyan deyil və bu təşəbbüs ondan gəlməyib, çünki "millət-ordu" konsepsiyası çoxdan bəlli olan və dünyanın bir çox ölkələri tərəfindən tətbiq edilən bir tədbirdir. Sadəcə, Vigen Sarqsyan həmin konsepsiyanı Ermənistanda səsləndirib, özü də hakimiyyət səviyyəsində, belə ki, siyasi-ictimai meydançalarda bu ideyanın tətbiqi barədə tez-tez danışılırdı".

Beləliklə, "millət-ordu-2017" forumunun heç də yenilik olmadığını qeyd edən saytın yazdığına görə, məhz aprel müharibəsinin buna səbəb olduğunun, hakimiyyətin sözügedən məsələ ətrafında oyun oynadığının inandırıcı görünmədiyini qeyd etsə də bildirilir ki, burada başqa səbəblər də var - hakimiyyət daxilindəki problemlər: "Belə ki, 2018-ci ildə baş verə biləcək problemlərin həll olunması üçün "millət-ordu" konsepsiyası Serj Sarkisyana və onun siyasi planlarının yürüdülməsinə təsiredici vasitə kimi lazımdır. Aydındır ki, Ermənistan bu konsepsiyaya görə, yaşamalı və inkişaf etməlidir. Başqa bir sual yaranır, konsepsiya tətbiq olunacaqsa, hakim elita bu çərçivədə özünü hansı tərəfdən göstərəcək. Ona görə ki, Ermənistanın iqtisadiyyatı yalnız bir neçə nəfərə aiddir və bir neçə ailə tərəfindən idarə olunur, ancaq Serj Sarkisyan hər bir Ermənistan vətəndaşının özünü bu ölkənin sahibi kimi görməli olduğunu deyir və bu da birmənalı olaraq gülünc təsiri göstərməklə yanaşı, həm də həyəcanlandırır.

"Ermənistan faktiki müharibə ərəfəsindədir və Sarkisyan ölkəni təhlükəyə doğru sürükləyir"

"Ona görə gülünc təsir bağışlayır ki, Serj Sarkisyanın çıxışı ilə reallıq bir-birləri ilə heç bir bağlılıq təşkil etmir və ona görə də həyəcanlandırır ki, Ermənistan faktiki olaraq müharibə vəziyyətindədir, bu baxımdan, çıxışlar reallığın üst-üstə düşməməsi, reallığın bilərəkdən rədd edilməsi ümumilikdə Ermənistanın  strateji perspektivlər tərəfdən təhlükəyə doğru sürükləyir"-deyə yazan erməni saytının analitik yazısının davamı olaraq bildirilir ki, əslində Ermənistanda kimlərin ağa olduğunu bu günlərdə yayılmış audioyazı da təsdiq edir. Belə ki, həmin audioyazıda Serj Sarkisyanın "Respublika" partiyasının nümayəndəsinin parlamentdə təmsil olunması üçün rüşvət verməsi sübuta yetirilib.

"Aprel müharibəsindən sonra Serj Sarkisyanın ağzından nə qədər bənzər çıxışlar səslənib?"

""Millət-ordu" konsepsiyasının yolu əslində vətəndaşın müdafiəsini təmin edən, hüquqlarını qoruyan və bu istiqamətdə müddəlar əks olunmuş konstitusiyadan götürülməlidir, heç bir həqiqəti əks etdirməyən bəlağətli çıxışlardan deyil"-yazan sayt sonda sual edir: "Aprel müharibəsindən sonra Serj Sarkisyanın ağzından nə qədər bənzər çıxışlar səslənib?".

Göründüyü kimi, Ermənistandakı mövcud rejim parlament seçkilərində kütləvi saxtakarlıqlar və korrupsiya yolları ilə birtəhər özünü ayaqda saxlamağı bacarsa da, 2018-ci ildə keçiriləcək prezident seçkilərindən ciddi ehtiyat etməyə başlayıb. Bu səbəbdən, özünü sığortalamaq üçün saxta vətənpərvərlik ruhunda bənzər konsepsiyalarla çıxış edərək, səfil və ac qoyduğu xalq qarşısında təmizəçıxma əməliyyatları aparır. Ancaq fakt budur ki, sadə erməni xalqı artıq bunlara inanmır. Hətta parlament seçkilərində xalqı rüşvətlə ələ alan hakim dairələr prezident seçkilərində bu vasitənin yenidən uğur qazanacağına inanmayaraq bundan ehtiyat etməyə başlayıblar.

Rövşən Nurəddinoğlu

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR