Politoloq: “Başqa yolların işlənib hazırlanmasına böyük ehtiyac var”

"Beynəlxalq qurumlar tərəfindən rəsmi olaraq tanınan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi mövcud şəraitdə köklü həllinin tapılmasından çox uzaqdır. Bu problemin həlli ilə məşğul olan ATƏT-in Minsk qrupu əslində heç bir hüquqi səlahiyyətlətə malik deyildir.Bu qurum yalnız münaqişənin həlli variantını işləyib hazırlayaraq tərəflərə təqdim etmək missiyasını həyata keçirir". Bunu politoloq Vasif Əfəndiyev deyib.

Onun sözlərinə görə, Azərbaycan tərəfi bu danışıqlarda mümkün olan və bəzən də maraqlarımıza zidd olan  güzəştləri qəbul edərək münaqişənin sülh yolu ilə bitməsi üçün çox çalışıb: "Lakin görünən odur ki, Ermənistan tərəfi arxasındakı qüvvələrin dəstəyi ilə işğal olunmuş torpaqların azad olunması istiqamətində heç bir güzəşt və ya yumşalma mövqeyini sərgiləmək niyyətində deyil. Sarkisyan dəfələrlə açıq mətnlə işğal olunmuş torpaqlardan çəkilməyəcəklərini deyərək bu problemin yalnız Dağlıq Qarabağa müstəqillik verilməsindən başqa yolu olmadığını bildirib. O hətta daha da irəli gedərək indiyə qədər bufer zona adlandırdığı Dağlıq Qarabağ ətrafı rayonlarımızın belə qaytarılmayacağını dilə gətirib.

Münaqişənin həlli artıq dalana dirəndiyi üçün başqa yolların işlənib hazırlanmasına böyük ehtiyac var. İlk  növbədə ATƏT-in formatının dəyişdirilməsi məsələsinə baxılmalıdır. Burada Minsk qrupunun tərkibinin dəyişdirilməsi və mandatının səlahiyyətlərinə yenidən baxılması tələb olunan reallıqdır. Minsk qrupunun tərkibinin genişləndirilərək Türkiyə, Almaniya və Pakistanın qoşulması  münaqişənin həllində böyük təkan verə bilər. Sia.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR