AXCP üzvündən istefası ilə bağlı BƏYANAT+İTTİHAM

Bu dəfə Elvin Avdullayev Əli Kərimlini ölkə maraqlarını satmaqda ittiham etdi

Keçmiş məhbus, ölkə başçısının son əfv fərmanı ilə azadlığa çıxmış AXCP üzvü Elvin Abdullayev təmsil olunduğu partiyadan sərt bəyanat verərək istefa verib. "SƏS" İnformasiya Agentliyinə daxil olan məlumata görə, bu barədə sabiq cəbhəçi "facebook" sosial şəbəkəsində yazıb. O, yaydığı bəyanatda bildirilir ki, istefa vermə səbəbi partiyanın dövlət maraqlarına qarşı çıxması, o cümlədən, radikal dindarlarla bir yerdə sözügedən məcrada siyasət yürütməsidir. E.Abdullayev Əli Kərimliyə işarə edərək, onun və digər rəhbər strukturların təşkilatda azad fikirin boğduqlarını qeyd edib, o cümlədən, AXCP-nin müxalifətdəki əzəli düşməni sayılan Müsavat partiyasına keçdiyini bildirib.  

"Fərqli fakir bildirəni təhqir edirlər, adama xain, satqın deməkdən belə çəkinmirlər"

"Bu gündən üzvü olduğum Azərbaycan Xalq Cəbhəsi Partiyasından istefa verdiyimi bəyan edirəm.Bundan sonrakı siyasi fəaliyyətimi Müsavat partiyası sıralarında dəvam etdirmək istəyirəm.Bu fikirə gəlməyimə bir çox səbəblər var"-deyə qeyd edən sabiq cəbhəçi və yeni müsavatçı həmin səbəbləri bir neçə yerə bölərək bildirib ki, onlardan biri partiyada fərqli fikir səsləndirənlərə qarşı partiya rəhbərliyinin göstərişi amansız hücumlar etmələri, hərdən bu hücumların təhqir səviyyəsinə qədər artmasıdır. "Hətta adama xain, satqın deməkdən belə çəkinmirlər"-E.Avdullayev bəyanatında yazır.

Keçmiş AXCP üzvü Ə.Kərimlinin siyasi divident qazanmaq üçün hətta radikal dindarlardan da istifadə etdiyini, bununla da təşkilatın siyasi baxışlarına xəyanət etdiyini bildirib.SİTAT: "Partiya arxada "dindarlardan istifadə etməliyik" xəttini tutaraq İranmeyillilərlə birlik təşkil olunur.Bu siyasətə qarşı gəlib fikir bildirdikdə isə adamı xain, agent və satqın elan edirlər".

"Azərbaycanı tağut dövlət adalandırır, bayrağıımızı söyürdülər...Belə insanlarla bir arada ola bilmərəm!"

Sabiq AXCP üzvü həbsxanada olduğu müddətdə radikal dindarlar tərəfindən "verbovka" olunmasına da işarə edərək, daha sonra istefa bəyanatında yazır:  "Mənim bunlara qarşı olmağımın əsas səbəbləri isə həbsxanada, 6 saylı cəza çəkmə müəssisəsinin karantinində 11 gün birlikdə olduğum İranmeyillilərin liderlərindən biri Abgül Süleymanovun şəxsən mənə "Azərbaycan tağut dövlətidir","sizin ideologiyanız olan müsavatçılıq ideologiyasında haram olan Qərb demokratiyası və haram olan Türkçülük var" deməsidir.14 saylı Cəza Çəkmə Müəssisəsindədə eyni hallarla rastlaşdım. Əksəriyyəti Xamneyinin, Hizbullahın,Hacı Abgülün,Hacı Talehin tərəfdarı olan bu adamlar hətta Azərbaycan bayrağını söyməkdən, ona tağut bayrağı deməkdən və "onun yerinə qara bayraq olacaq" deməkdən belə çəkinmirdilər.

Mənim bu mövzuda onlarla bir çox mübahisələrim oldu. Bunları nəzərə alaraq qərara aldım ki mən bu düşüncəni daşıyan insanlarla və onlara açıq dəstək verən insanlarla bir sırada ola bimərəm".

Elvin Abdullayevin cəbhəçilərin əzəli düşməni hesab edilən Müsavat sıralarına keçməsi kərimovçuları daha da qıcıqlandırıb.

Beləliklə, sözügedən istefanın aşkarı ortaya çıxarması bir daha belə qənaətə gəlməyə əsas verir ki, AXCP daxilində cərəyan edən hadisələr, rəhbərlik tərəfindən atılan hər bir addım məhz dövlət maraqları əleyhinə yönəlmiş xəyanət addımlarıdır. Gec də olsa səhvlərini anlayanlar bu partiyadan, daha dəqiq desək, Ə.Kərimli tələsindən canlarını qurtarmağa çalışırlar.

Başqa tərəfdən, E.Abdillayevin Müsavat sıralarına keçməsi Ə.Kərimlinin digər ittihamlarını alt-üst edir. Belə ki, ondan öncə AXCP-dən istefa verənlərin hakim partiya sıralarına üzv yazılmaları cəbhəçilərin bu işin qurma olduğunu iddia edirdilər, indi isə E.Abdullayevin cəbhəçilərin əzəli düşməni hesab edilən Müsavat sıralarına keçməsi kərimovçuları daha da qıcıqlandırıb. Hətta "facebook"da bununla bağlı statuslar da yazılıb və müsavatçılarla cəbhəçilər arasında söyüş və təhqirlər baş qaldırıb.

Atilla Ali və 87 nəfər dostu: "Deyəndə ki, Əli Kərimli şərəfsiz adamdır, üzvlərini istismar edir, mənə satqın deyirdiniz..."

Eltac Elsoy adlı müsavatçı fəal cəbhəçilərə cavab olaraq yazıb: "Həmişə görmüşük ki, müxalifət sıralarından YAP-a keçənlərə pis baxırlar. Görün iş nə yerə çatıb ki, artıq Müsavata keçənə də pis baxırlar. Dostlar, Elvin Abdullayev Müsavata keçibsə bu, onun öz işidir..."

Atilla Ali adlı "facebook" istifadəçisi isə 87 nəfər dostu ilə bu statusu paylaşıb: "Deyəndə ki, Əli Kərimli şərəfsiz adamdır, üzvlərini istismar edir, mənə satqın deyirdiniz. Budur Əli Kərimli xisləti. MTN dağılandan sonra Əinin eşşəyi ölüb. Onu hələ qarşıda çox sürprizlər gözləyir".

AXCP-də baş verən bəlli səbəblərin ardınca, bu partiyadan yaxın zamanlarda növbəti çoxsaylı istefaların baş verəcəyi isə artıq özünü doğrultmağa başlayıb.

Rövşən Nurəddinoğlu

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR