Səxavət Əlisoy: “25 ildir ki, müxalif cəbhədə vəziyyət dəyişmir”

Mənim də mənsub olduğum qurum daxil müxalif düşərgədə durum bərbaddır. "OLAYLAR"-ın xəbərinə görə, belə bir açıqlama ilə çıxış edən sabiq müsavatçı, Azərbaycan Demokratiya və Rifah Hərəkatının təmsilçisi Səxavət Əlisoy deyib ki, amma hər kəs özünü böyük güc sayır: "Proseslərə obyektiv yanaşanlar razılaşacaq. Facebookda yatıb-qalxanların, beynini kirayə verənlərin, liderlərini dahi sayanların bunu dərk etməsi zor. 5 eyni dərdlinin 3-ü yox, hətta ikisi belə birlikdə hərəkət haqqında düşünmür. Təkəbbür imkan vermir buna. 25 ildir ki, müxalif cəbhədə vəziyyət dəyişmir. Və nə qədər ki, "dahi", "əvəzolunmaz" liderlər var, heç dəyişməyəcək də. Reallığı etiraf etməyi, gerçəkliyi yazmağı çoxları sevməz. Amma etiraf etməyin və yazmağın faydası var".

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR