Politoloq: “Diasporamızın güclənməsi üçün birlik nümayiş etdirməliyik”

"Ermənistan hər zaman Dağlıq Qarabağ məsələsində bütün dönəmlərdə sabotajlıqla məşğul olub. Ona görə də el arasında belə bir deyim var ondan sona kimi istifadə etmək lazımdır, "oğrunu evinə kimi qovmaq lazımdır". Ancaq maraqlısı budur ki, bu ermənilərin özlərinə aid heç bir torpağı da yoxdur ki, ora qədər qovasan, hamısı qonşu ölkələrin torpaqlarıdı". Bunu  politoloq Ramiz Alıyev deyib.

Onun sözlərinə görə, bizlər işğalçı, sabotajçı Ermənistan dövləti ilə mübarizəni yalnız səngərlərdə, siyasi arenalarda deyil, informasiya sahəsində də, internet üzərində də, idman sahəsində də, mədəniyyət sahəsində də ən yüksək səviyyədə aparmalıyıq: "Dünyada ölkələri ən çox tanıdan və təbliğ edən sahələrdən biri və birinciləri idman və mədəniyyət sahəsidir. Bu gün şükürlər olsun ki, ölkəmiz cənab Prezidentin qayğısı ilə hər iki sahədə inkişaf edib və gözəl uğurlara imza atıb. Hesab edirəm ki, bu sahələri daha da inkişaf etdirməliyik və haqq səsimizi filmlər vasitəsi ilə dünyaya çatdırmalıyıq. Bilirsiniz elə yerlər var ki, orada siyasi polimikalar öz istədiyi təsirini göstərə bilmir və bu reallıqdır. Mədəniyyət sahəmizin dünyaya çıxmasında Azərbaycanın Birinci Vitse-Prezidenti Mehriban xanım Əliyevanın xüsusi zəhməti və əməyi var.

Biz də Azərbaycan Respublikasının vətəndaşları olaraq cəmiyyətdə tutduğumuz vəzifədən və mövqedən asılı olmayaraq o bu cür məsələlərdə dövlətimizin və cənab Prezidentin həyata keçirdiyi işlərdə yaxından iştirak etməliyik. Diasporamızın güclənməsi üçün birlik nümayiş etdirməliyik. Bütün bu addımları hər bir vətəndaş öz üzərində hiss etsə və əlindən gələn addımları atsa hesab edirəm ki, dünyada nə Ermənistan dövləti, nə də Ermənistan diasporası nüfuz əldə edə bilər". Sia.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR