Politoloq: “Jirinovskinin, Lavrovun çıxışları Rusiyanın mövqeyindən xəbər verir” 

"Ümumiyyətlə rəsmi Bakı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bütün danışıqlarda yaxından iştirak edib. Azərbaycan tərəfi sülh yolu ilə Qarabağ məsələsinin həll olunması üçün bütün addımları atıb. Ona görə də ölkəmizin yeni bir addım atmasına ehtiyac yoxdur. Addımı Ermənistan və onu dəstəkləyən dünya ölkələri, eləcə də bu işlərə ikili yanaşanlar atmalıdır. Burada əsas rolu Rusiya oynayır". Bunu politoloq Cümşüd Nuriyev deyib.

Politoloqun sözlərinə görə, Rusiyanın hazırkı tutduğu mövqe bizi kifayət qədər qane etmir: "Axı rəsmi Moskva necə haqlı mövqe tuta bilər ki, bu məsələlərdə sırf Ermənistanın mövqeyini dəstəkləyir. Ermənistanın Qarabağ danışıqlarındakı sabotajlığına gəldikdə isə, bu anlaşılan bir şeydir. Onlar bu günə qədər də bunu sabotaj ediblər və bundan sonra da elə olacaq. Ermənistan çalışır ki, 2018-ci ilin yanvarına qədər bu məsələlər gündəmə gəlməsin. Jirinovskinin, Lavrovun çıxışları Rusiyanın mövqeyindən xəbər verir. Azərbaycan Dağlıq Qarabağ məsələsində Ermənistanın atacağı heç bir addımı gözləməməlidir. Çox təəssüf ki, dünya dövlətləri də buna susurlar. Yəni bu qarşıdurma daha pis ola bilər". Sia.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR