“Artsax” bayrağını qaldıran erməni idmançını növbəti turnirlərə buraxdılar” Fight Nights Global

Vardan Askanyan səhvə yol verdiyini etiraf etdi

"Ermənistanı və Rusiyanı təmsil edən 23 yaşlı qarışıq döyüşlər üzrə idmançı Vardan Askanyan (56.7kq) və Rusiyanın Finght Nights Global təşkilatı əməkdaşığın davamı üçün razılığa gəliblər".

Astaryan yazıb ki, mövcud vəziyyətlə bağlı Finght Nights Global təşkilatı onun növbəti yarışlarda iştirakı üçün reqlament irəli sürüb. Reqalamentə görə, o yarışlara hazırlaşarkən, eləcə də çıxarkən idman ekiperovkaları və emblemləri, həmçinin bayraqları ilə bağlı etik qaydalara əməl etməlidir.

"İdman siyasətdən kənar qalmalıdır!"-deyə erməni idmançı etiraf edib.    

Xatırladaq ki, bu ilin fevral ayının sonunda Rusiyanı təmsil edən krasnodarlı erməni idmançı Ximki şəhərində keçirilən yarışda azərbaycanlı idmançı Elnar İbrahimova qalib gələrək, qondarma "artsax" bayrağını qaldırmışdı və Azərbaycan tərəfinin təkidi ilə "etik normaları pozduğuna görə" ittihamı çərçivəsində Finght Nights Global təşkilatının  sıralarından, eyni zamanda növbəti turnirlərdən çıxarılmışdı.   Sia.az xəbər verir ki, erməni idmançının "facebook"dakı fikirlərini 1in.am saytı yayıb.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR