Əli Kərimli özü də bilmədən nəyi etiraf etdi?

Siyasi mühacir və saxta vəsiqə biznesində AXCP izləri sübuta yetirilir

Bəlli olduğu kimi AXCP sədri Əli Kərimli aprelin 21-də Respublika Baş Prokurorluğunun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsinə çağırılıb. Buna səbəb isə onun, eləcə də müavini Gözəl Bayramlının və təşkilat şöbəsinin müdiri Saqif Qurbanovun "saxta üzvlük sənədi işi" üzrə adlarnın hallandırılmasıdır. Daha dəqiq desək, AXCP rəhbərliyi paritya üzvü olmayan insanların xarici ölkələrə köçmələri üçün onlara böyük pullar qarşılığında saxta partiya sənədləri verib. Hətta bununla bağlı mətbuatda kifayət qədər danılmaz faktlar ortaya çıxarılaraq Ə.Kərimli və siyasi biznesində adları keçən digər adamları ifşa olunublar. Məsələn, məlum olub ki, ümumiyyətlə siyasi məsələlərdən xəbəri olmayan insanlar belə, guya illər öncədən AXCP-yə üzv olublar və hakimiyyət tərəfindən təqiblərə məruz qalaraq ölkədən çıxmaq qərarını veriblər.

Əlbəttə ki, bu məsələ sonuna qədər araşdırılacaq

Əslində, bu kimi məsələ bəzi dırnaqarası insanlarda hiddət hissi yaratmaya bilər və bu, onların öz işləridir. Ancaq sözügedən məsələnin dərinliklərinə vardıqca, istər-istəməz hiddət və təəssüf hissi baş qaldırır. Həmin insanlarda ki, nəyin bahasına olursa-olsun, torpağına bağlıdır və onun uğrunda canından belə keçməyə hazırdır. Hiddət və təəssüf hissi ona görə ki, doğma Vətənini, yurd-yuvasını ataraq el-biyanə yad ölkələrdə "xoşbəxtlik" axtaranların məhz bu yolla - ölkəsinə, dövlətinə qarşı iftiralar ataraq xəyanət etmələri heç bir çərçivəyə sığmayan bir olaydır. Və bu işdə onlara yarıdım edənlər daim boğazdan yuxarı danışan Ə.Kərimli kimiləridir.

Beləliklə, sözügedən məsələ ifşa olunduqdan, ictimailəşdikdən sonra dövlətin müvafiq güc strukturları AXCP rəhbərliyini izahat verməyə dəvət edib və əlbəttə ki, bu məsələ sonuna qədər araşdırılacaq.

Əli Kərimli öz köhnə adət-ənənəsinə necə sadiq qalıb?

Ancaq gəlin görək, AXCP sədri və ətrafı onlara qarşı faktlara əsaslanan bu ittihamları hansı vasitələrlə boyunlarından atmağa çalışırlar? Misal üçün, prokurorluq orqanlarına çağırıldıqdan dərhal sonra Əli Kərimli öz köhnə adət-ənənəsinə sadiq qalaraq diqqətləri öz üzərinə cəlb etməkdən ötrü səs-küy salıb və iddia edib ki, onun tərəfindən bu təşkilatın üzvü olmayan bircə nəfərə də üzvlük sənədləri verilməyib (?!-R.N.) Diqqət yetirin dəyərli oxucular, məhz onun tərəfindən. Sual yaranır, tutaq ki, Ə.Kərimli ölkədən çıxıb xarici ölkələrdə daimi yaşamaq hüququ almaq üçün, "siyasi mühacir" statusuna yiyələnmək üçün heç kimə şəxsən sənəd təqdim etməyib, onda bu işi kimə tapşırıb, yaxud da gördürüb? Yəni Kərimlinin təkzibi həm də bilmədən edilən etirafı kimi də qiymətləndirilə bilməzmi? Məhz bu məsələ araşdırılacaq və günahkarlar mütləq öz cəzalarına çatacaqlar.

Xatırladaq ki, "Milli Şura"nın aprelin 8-də və daha əvvəl keçirilən mitinqlərində iştirak edən və siyasi təşkilatın üzvü  olmayan şəxslərə mühacirətə getmələri üçün saxta sənədlər verildiyi bildirilir. Onun bu sənədləri adamından asılı olaraq 2-3 min avro qarşılığında satdığı da dəqiq məlumatlar sırasındadır.

Rövşən Nurəddinoğlu

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR