Aydın Mirzəzadə: “Ermənistanın provokasiyası Azərbaycan tərəfindən qəbul edilməyəcək”

"Son dövrlər Ermənistanın Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı atdığı addımlar onun problemin həllində maraqlı olmadığını göstərir. Torpağı işğalda saxlayaraq hər hansı bir formada danışıqlarda irəliləyişə nail olmaq onun əsas məqsədidir. Çünki indi hakimiyyətdə olan elita məhz işğal nəticəsində öz hakimiyyətini uzada bilir və bundan siyasi, iqtisadi dividentlər götürür. Onu nə Ermənistan dövlətinin inkişafı, nə də erməni xalqının firəvanlığı maraqlandırır. Min illik fasilədən sonra təsadüfən milli dövlətçilik əldə etmiş Ermənistan cəmiyyəti əslində öz dövlətçiliyinin iflasını yaşayır". Bunu millət vəkili Aydın Mirzəzadə deyib.

Onun sözlərinə görə, Dağlıq Qarabağ probleminin həlli Ermənistan qoşunlarının Azərbaycan torpağından çıxarılmasıdır: "Bunu Ermənistanda da çox yaxşı başa düşürlər. Ancaq buna getmək istəmirlər. Məqsədləri vaxtı uzatmaq, bacardıqları qədər hakimiyyətdə çox qalmaqdan ibarətdir. Lakin tarixi proses heç də Ermənistanın xeyrinə işləmir. Azərbaycan öz torpaqlarını işğaldan azad etmək əzmindədir. Heç bir halda Ermənistanın provokasiyası Azərbaycan tərəfindən qəbul edilməyəcək. Həm siyasi, iqtisadi, həm də hərbi yolla əldə etdiyimiz uğurlar Azərbaycana artıq müsbət nəticələr gətirməkdədir. Beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanıyır, danışıqların davam etdirilməsi əsas məsələ kimi ortaya qoyulur. Hərbi sahədə isə ötən ilin aprelində əldə etdiyimiz uğurlar göstərir ki, Ermənistan hərb maşını Azərbaycan ordusunun gücü qarşısında davam gətirə bilməyəcək. Bu günlərdə cəbhə xəttində Azərbaycan Silahlı Qüvvələrinin geniş hərbi təlimlərinin keçirməsi də Azərbaycanın Qarabağ məsələsində əzmini və qətiyyətini göstərir". Sia.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR