Politoloq: “Uorlikin yanaşmasının mahiyyəti bəllidir”

"ABŞ-ın Dağlıq Qarabağ tənzimlənməsi barədə mövqeyində aktivlik və keyfiyyət dəyişikliyi var". Bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu deyib. Mərkəz sədrinin sözlərinə görə, amerikalı həmsədr R.Hoqland Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinin indiki mərhələsində yeni keyfiyyət yaratdı: "O, Nyu-Yorka gedərək BMT rəhbərliyi ilə Dağlıq Qarabağ tənzimlənməsini müzakirə edib. BMT rəhbərliyi lazım olarsa hətta BMT TŞ-nin qətnaməsini vəd veriblər. ABŞ Dövlət Departamentindən C.Kerri kimi ermənipərəstin uzaqlaşması öz bəhrəsini verir.

II. R.Hoqland həmsədrlərdən iki gün əvvəl Ermənistana səfər etdi. Onun yalnız E.Nalbandyanla təkbətək görüşü barədə məlumat yayıldı. Digər, xüsusilə ABŞ-ın Ermənistandakı səfirliyi ilə müxtəlif görüşlər istisna olunmur.

III.R.Hoqlandın üç mərhələli həll variantını aktuallaşdırması da Ermənistan rəhbərliyinə təzyiq prizmasından baxılmalıdır. Üç mərhələli həll variantı dedikdə Sankt-Peterburqda üç prezident tərəfindən müzakirə olunan, amma Ermənistanın qəbul etmədiyi variant başa düşülür. Birinci mərhələdə 5 rayon Azərbaycana qaytarılır, ikinci mərhələdə Laçın dəhlizinin parametrləri razılaşdırılır, Kəlbəcər və Laçın rayonları Azərbaycana qaytarılır. Üçüncü mərhələdə isə Dağlıq Qarabağın statusu müəyyənləşir.

Amerikalı həmsədr RF-in tənzimlənmədə aparıcı rol oynamasını təbii hesab edir.

R.Hoqland isə Dağlıq Qarabağ münaqişəsinin keçmiş sovet məkanındakı digər münaqişələrdən fərqləndiyini bildirdi.

IV. Amerikalı keçmiş həmsədr C.Uorlikin aktivləşməsi də diqqəti çəkdi. Hal-hazırda ABŞ-da rusların yaratdığı hüquqi məsləhət şirkətində çalışan Uorlik gözlənilmədən aktivləşdi. O əvvəlcə danışıqlar stolunun üstündə danışıqların davam etməsinə stimul verə biləcək təklifin olduğunu bildirdi. Uorlikə görə, bu təklifin reallaşacağı təqdirdə Ermənistan cəmiyyətinin əsasları dəyişəcək. Ermənistan cəmiyyəti hal-hazırda monoetnik və monokonfessional cəmiyyətdir. Ermənistan SSR-dən qovulmuş 300 min azərbaycanlı Ermənistana qayıdacağı təqdirdə Ermənistan polietnik və polikonfessional cəmiyyətə çevrilir. Uorlikin yanaşmasının mahiyyəti bəllidir. Azərbaycan və Ermənistan arasındakı problem təkcə Dağlıq Qarabağ problemi deyil. Ermənistandan qovulmuş azərbaycanlılar və Azərbaycanı tərk etmiş ermənilərin məsələləri də həllini gözləyən problemlərdir. Əgər Dağlıq Qarabağ probleminin özünü həll etmək mümkün deyilsə bu problemin ətrafındakı məsələlərin həllinə girişməklə Dağlıq Qarabağ probleminin özündə də irəliləyiş yaratmaq olar. Eləcə də Yenilənmiş Madrid Prinsiplərinin 5-ci maddəsində bütün qaçqın və köçkünlərin münaqişədən əvvəlki yaşayış yerlərinə qayıtmaq hüququ tanınır. Lakin az keçmiş Uorlik fikrini təshih etdi: Masanın üstündə olan təklif regional iqtisadi inkişafa və sabitliyə töhfə verə bilər.

V. ABŞ-ın Azərbaycandakı səfiri R.Sekuta Dağlıq Qarabağ münaqişəsinin uzanmasından narahatlığını bildirdi.

VI. ABŞ-ın Gürcüstandakı səfiri Y.Kelli də Ermənistan-Azərbaycan münasibətlərinə dair mövqe bildirdi: "Bəlkə də düz bilmirəm, amma bildiyimə görə Bakı ilə Yerevan arasında dəhşətli düşmənçilik mövcuddur. Bu düşmənçilik katoliklərlə protestantlar, Şimali İrlandiya ilə Britaniya, İsraildə yəhudilər və fələstinlilər, türklərlə yunanlar arasında olan düşmənçilikdən qat-qat pisdir. Lakin burada, Gürcüstanda fikrimcə, icmalar arasında az-çox normal dialoq mövcuddur". Sia.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR