Dünya Azərbaycanlıları Assambleyası BMT-nin Sosial Şurası tərəfindən qeydiyyata alındı

Dünya Azərbaycanlıları Assambleyası daha bir uğura imza atıb. DAA-dan "OLAYLAR"-a daxil olan məlumata görə, Assambleya Birləşmiş millətlər Təşkilatının İqtisadi və Sosial Şurası tərəfindən qeydiyyata alınıb. "Bundan sonra Dünya Azərbaycanlıları Assambleyası BMT-nin toplantılarına qatıla, öz təklif və tövsiyyələri ilə çıxış edə bilər, BMT-nin İqtisadi və Sosial Şurasının fəaliyyəti proqramlarına özünün tövsiyyələrini irəli sürə bilər. Bununla Assambleya həmçinin BMT rəhbərliyi ilə birbaşa əlaqə imkanlarına sahibdir" deyə DAA-ya ünvanlanmış məktubda deyilir.

Qeyd edək ki, Assambleya bir neçə gün öncə Avropa İttifaqı və Avropa Parlamentində də lobby qurumu olaraq qəbul edilib, Avropanın mötəbər qurumlarına birbaşa çıxış imkanı əldə edib.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR