Xarici işlər naziri Malta parlamentinin spikeri ilə görüşüb

Malta Respublikasına rəsmi səfəri çərçivəsində xarici işlər naziri Elmar Məmmədyarov bu ölkə Parlamentinin Spikeri Anqlu Farruca ilə görüşüb. XİN-dən verilən məlumata görə, görüşdə Azərbaycanla Malta arasında əməkdaşlığın hazırkı səviyyəsindən və yüksək səviyyəli qarşılıqlı səfərlərdən məmnunluq ifadə olundu və belə görüşlərinin keçirilməsinin ikitərəfli əlaqələrin genişləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyi vurğulanıb.Tərəflər müasir dövrdə parlament diplomatiyasının rolunu xüsusi qeyd etdilər, hər iki ölkənin qanunverici orqanları arasında əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini önə çəkdilər. Dostluq qruplarının bu əlaqələrə verdiyi töhfələr təqdir edilib. Nazir Elmar Məmmədyarov Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında "Strateji Tərəfdaşlıq haqqında Saziş" layihəsi üzrə aparılan danışıqlar barədə məlumat verdi. O, həmçinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqlar prosesindən söz açdı, münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində beynəlxalq hüququn norma və prinsipləri əsasında həll edilməli olduğunu diqqətə çatdırıb. Görüşdə beynəlxalq təşkilatlar çərçivəsində iki ölkənin əməkdaşlığının genişləndirilməsi, habelə digər qarşılıqlı maraq doğuran məsələlər ətraflında fikir mübadiləsi aparılıb.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR