Politoloq: “Türkiyə Azərbaycanın bir nömrəli müttəfiqidir"

"Ümumiyyətlə hər nə olursa-olsun, Türkiyə ilə Azərbaycan arasındakı münasibətlərin dostluğunun kökləri də qədimdir. Bu, əbədi dostluqdur. Bunu kimsə sarsıda və poza bilməz. Təbii ki, bu münasibətlər xalqlar arasındakı münasibətlərdir və onun bir neçə yüz illik ənənələri, tarixin dərinliklərinə gedən izləri var. Hətta bir millət, iki dövlət sözü də nahaq yerə deyilməyib". Bunu  politoloq Qabil Hüseynli deyib.

Onun sözlərinə görə, Türkiyə Azərbaycanın bir nömrəli müttəfiqidir və bu hər zaman da belə olacaq: "Türkiyə dövləti özü üçün yararlı, əhəmiyyətli olan forma və metodları seçir və seçdi də. Zənnimcə, Türkiyə indiyədək mərkəzdənqaçma meylləri ilə cana yığılıb. Türkiyə PKK-nın silahlı terrorçu dəstələrinin törətdiyi terrordan çox əziyyət çəkir. Beləcə, dinc quruculuq işləri ilə məşğul olmaq və bölgənin cənub şərq hissəsinin inkişafı üçün lazım olan işləri görmək mümkün olmur. Təbii ki, bunun hamısının da günahkarı PKK terrorçularının əməlləri ilə bağlıdır. Hesab edirəm ki, bundan sonra vəziyyət dəyişməlidir. Yəni qüvvələrin hamısı bir əldə toplanır və həmin qüvvə istənilən vaxtı fövqəladə vəziyyət elan edib, istənilən bölgədə PKK-ya qarşı daha səmərəli mübarizə apara bilər".

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR