Mərkəz sədri: “Tramp administrasiyası Rusiyaya təzyiqi kəskin artırıb”

"ABŞ-la Rusiyanın münasibətlərində Rusiyanın passivliyi göz qabağındadır. Rusiya Federasiyasının prezidenti Vladimir Putin ABŞ-ı çox böyük dövlət hesab edir və onunla əlaqə qurmağa hazır olduğunu bildirdi. Onun fikrincə dialoqun qurulmasında çox şey ABŞ-dan asılıdır. RF prezidenti ABŞ-ın Alyaska ştatındakı hərbi fəaliyyətini Rusiya üçün təhlükə hesab edir.RF ABŞ-ın RƏMS-indən qorxur, bu sistemin bütün aşağı orbitli kosmik aparatlara təhlükəli olduğunu bildirdi". Bunu  Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu deyib.

Onun sözlərinə görə, ABŞ-ın Rusiyaya qarşı siyasətində isə iki element diqqəti çəkir:

1.ABŞ-ın siyasi elitasının Rusiya mövzusunda psixozluğudur. Rusiya ilə ən kiçik əlaqə ABŞ-da hədsiz ajiotaj yaradır. Trampın təhlükəsizlik məsələləri üzrə keçmiş müşaviri A.Flinnin hansısa tədbirdə Rusiya məktəblisinin sualına cavab verməsi mühüm geosiyasi təsirli hadisə kimi qəbul edilir. Həmin Flinnin Türkiyənin xeyrinə Gülən barədə məlumat toplaması haqqında ciddi məlumatların aşkarlanmasına baxmayaraq bu məsələ diqqəti cəlb etmədi.

2.Trampın və komandasının antiRusiyaçılığı qorxu instinktinə söykənir. D.Tramp konqres tərəfindən impiçment olacağından qorxur. Rusiya ilə siyasətinin mahiyyətini üzvü olduğu "Respublika" partiyasının siyasətçilərinə izah edə bilmir. Çünki siyasətçilərin qəbul etdiyi ampluada olan prezident deyil. Ona görə Tramp Rusiyaya qarşı sanksiyaları sərtləşdirir, yeni sanksiyalar tətbiq edir. Bəzən bunu Obamanın dövründə hazırlanmış sanksiyalar adlandırır.

Tramp administrasiyası Çinlə əməkdaşlığı Rusiya ilə əməkdaşlıqdan daha üstün tutdu. Hətta Makkeynə bəllidir ki, Çin strateji baxımdan ABŞ üçün Rusiyaya nisbətən daha təhlükəli dövlətdir. Sadəcə Rusiyanın cari dövrdə məşğul olduğu məsələlər ABŞ-a strategiyanı unutdurur.

ABŞ Suriya məsələsində də Rusiyanın bu vaxtadək qurduqlarını dağıtmaqla məşğuldur. Tramp administrasiyası Suriya danışıqları üzrə Astana müstəvisinə mövqeyini dəyişmədi, sanballı nümayəndə heyəti ilə təmsil olunmadı. ABŞ-ın mövqeyindən ruhlanaraq Suriyanın silahlı müxalifəti Astana danışıqlarında iştirakdan imtina etdi. ABŞ Dövlət Departamenti rəsmən bunu təqdir etdi. Suriya tənzimlənməsi üzrə əsas ağırlıq Cenevrə danışıqlarının üzərinə keçirilir. Xüsusi qeyd olunmalıdır ki, Türkiyə Suriya müxalifətinin Astana danışıqlarında iştirak

etməməsi istiqamətində fəaliyyət göstərdi. Rusiya Suriya və İran  müxalifətinin Astana danışıqlarında iştirakdan imtinasına görə Türkiyəni qınadılar. Rusiya ilə əlaqəli kürdlər isə Cenevrə danışıqlarından imtina etdi.

Ukrayna məsələsində də Tramp administrasiyasının Rusiyaya münasibəti Obama dövrünə nisbətən daha kəskinləşib. Üç ay hakimiyyətdə olmasına baxmayaraq Tramp administrasiyası Rusiyaya qarşı sanksiyaların ləğv edilməsinin Krım məsələsindən asılılığını rəsmi şəkildə dörd dəfə hallandırıb. Bəlkə də bütün Ukrayna hadisələri dövründə Obama administrasiyası cəmi dörd dəfə belə şərti publik açıqlamışdı.

Rusiyanın daxili həyatına Tramp administrasiyasının müdaxiləsi çox erkən baş verdi. Müxalifətin  Moskvanın mərkəzində keçirdiyi mitinqin aktivliyi və təşkilatçılığı diqqət çəkir. Görünür, bu mitinq Trampın Rusiyanın daxili ilə məşğul olacağının mesajını vermək üçün təşkil edilib.

RF prezidentinin Mətbuat Xidmətinin rəhbərinin fikrincə, indi Rusiya-ABŞ münasibətləri "soyuq müharibə" dövrünə nisbətən daha pisdir".

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR