Elmar Məmmədyarov Maltanın xarici işlər naziri ilə görüşüb

Xarici işlər naziri Elmar Məmmədyarov Malta Respublikasına rəsmi səfəri çərçivəsində Maltanın xarici işlər naziri Corc Vella ilə görüşüb. XİN-dən verilən məlumata görə, görüşdə nazir Corc Vella 2016-cı ilin aprel ayında ölkəmizə etdiyi səfərini və səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ilə görüşünü məmnunluqla xatırladaraq, ölkəmizlə bağlı müsbət təəssüratlarını bölüşüb.İki ölkə arasında münasibətlərin və siyasi dialoqun mövcud səviyyəsinin məmnunluq ifadə edilərək, ikitərəfli münasibətlərin inkişafi baxımından son dövrlər həyata keçirilmiş yüksək səviyyəli səfərlərin əhəmiyyəti qeyd edilib. Enerji sektorunda səmərəli əməkdaşlığın mövcudluğu, eləcə də iqtisadiyyatın digər sahələri, turizm, sərmayə qoyuluşu, nəqliyyat sahələri üzrə əlaqələrin inkişafı üçün geniş imkanların olduğu qeyd olunub. Azərbaycan və Malta arasında münasibətlərin daha da irəlilədilməsi baxımından ikitətərəfli hüquqi-normativ bazanın genişləndirilməsinin əhəmiyyəti qeyd edildi, xüsusilə də iqtisadiyyat, mədəniyyət və təhsil sahəsində əlaqələrin inkişafı üçün müvafiq sənədlərin imzalanmasının vacibliyi vurğulanıb. Görüşdə həmçinin terrorçuluq, həll edilməmiş münaqişələrin beynəlxalq sülh, sabitlik və təhlükəsizliyə təhdid olduğu qeyd edildi. Nazir E.Məmmədyarov həmkarına Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi üzrə aparılan danışıqlar prosesinin cari durumu, o cümlədən Azərbaycanın mövqeyi haqqında ətraflı məlumat verib. Sonda Elmar Məmmədyarov Malta Xarici İşlər Nazirliyinin xatirə kitabına ürək sözlərini yazıb.

.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR