Bahar Muradova Pramila Pattenlə görüşüb

Milli Məclis Sədrinin müavini Bahar Muradova beynəlxalq ekspert, BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin aradan qaldırılması üzrə komitəsinin (CEDAW) üzvü xanım Pramila Patten ilə görüşüb. MM-dən verilən məlumata görə,  parlament rəhbərliyi adından qonaqları salamlayan Milli Məclis Sədrinin müavini Bahar Muradova bildirdi ki, gender əsaslı zorakılıqla mübarizə dünya qadınları üçün vacib məsələdir. Zorakılıqsız cəmiyyət hər kəsin arzusudur. BMT və onun qurumları ilə fəal əməkdaşlıq edən Azərbaycan bu sahədə də mühüm işlər görür. Milli Məclis lazımi qanunları qəbul edib. Həyatın tələbinə uyğun olaraq zaman-zaman həmin qanunlara müvafiq dəyişikliklər olunur.  
Xanım Pramila Patten bildirdi ki, hazırkı səfəri "Azərbaycanda gender əsaslı zorakılıqla mübarizə" adlı 2 illik layihə çərçivəsində baş tutur. Layihənin əsas məqsədi bu sahədə səmərəli cavab mexanizminin yaradılmasında Azərbaycan hökumətinə dəstək verməkdir. Layihənin komponentlərindən biri "Məişət zorakılığının qarşısının alınması haqqında" Azərbaycan Respublikası qanununa uyğun olaraq məişət zorakılığının qarşısının alınması  və qurbanların müdafiəsi sahəsində müvafiq qurumlararası əlaqələndirmə şurasının yaradılması, həmçinin Milli Fəaliyyət Planının hazırlanmasıdır. P.Patten qeyd etdi ki, hökumət nümayəndələri ilə ölkəmizdə keçirdiyi görüşlər zamanı toplanmış məlumatlar təhlil ediləcək,  Milli Əlaqələndirmə Şurasının yaradılması və Milli Fəaliyyət Planının hazırlanması prosesində istifadə olunması üçün tövsiyələr şəklində hökumətə təqdim olunacaq.  

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR