Rus Pravoslav kilsəsi Xocalı soyqırımı müraciətinə münasibət bildirib

Rus Pravoslav kilsəsi Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə və ölkədə fəaliyyət göstərən müxtəlif dini konfessiyalarının liderləri tərəfindən Xocalı soyqırımı ilə əlaqədar dünya dini liderlərinə, parlamentlərə, beynəlxalq təşkilatlara və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə ünvanlanan müraciətə münasibət bildirib. Qafqaz Müsəlmanları İdarəsinin mətbuat xidmətindən  verilən məlumata görə, Moskva Patriarxlığının Xarici Əlaqələr şöbəsinin sədri Volokolamsk Mitropoliti İllarion bildirib ki, Rus Pravoslav Kilsəsi hər cür zorakılıq, təqib və ayrı-seçkiliyə qarşı çıxış edir.

"Dağlıq Qarabağ münaqişəsi ürəyimizdə ağrı ilə əksini tapır, çünki bu münaqişənin qurbanları hər iki tərəfdən olan günahsız insanlardır", - deyə o vurğulayıb.

Münaqişələrin ədalətli, dinc yolla, beynəlxalq hüquq normalarına müvafiq qaydada həll olunmasının vacibliyini vurğulayan Mitropolit İllarion ümidvar olduğunu bildirib ki, Azərbaycan və Ermənistan dünya ictimaiyyətinin və dini liderlərin dəstəyi ilə iki xalqın mənafeyinə uyğun həll variantı tapa biləcəklər. Apa.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR