VİP dövlət maraqlaını həmişə bütün maraqlardan üstün tutub

Ramil Hüseynov: "Ölkədə xaotik vəziyyətin yaranmasını istəməyən qüvvələr bir araya gəlməlidir ki, dövlətimiz Suriya, Liviya, Yəmən və digər ölkələrin taleyi ilə üzləşməsin"

"Seçkilərədə uğur qazanmaq üçün ilk növbədə o siyasətçinin özünü təsdiq etməsi lazımdır"

Prezident seçkilərinə bir ildən artıq vaxt qalmasına baxmayaraq artıq müxalifət düşərgəsində seçki müzakirələrinə start verilib desək yanılmarıq. Artıq bəzi partiyalar müxalifətin 2018-ci ilin prezident seçkiləri üçün vahid namizəd müəyyən etməsini də təklif edirlər. Bəs görəsən indidən vahid namizəd müəyyən etmək prosesləri vaxtın əvvəl, gərəksiz yerə qabaqlamaq anlamı vermirmi? Ümumiyyətlə, müxalifətin ənənəvi olaraq gündəm gətirdiyi, lakin son anda reallaşması qeyri-mümkün olan vahid namizəd məsələsi bu seçkilərdə baş tutacaqmı? Bu və ya digər suallarla Vətəndaş və İnkişaf Partiyasının sədr müavini Ramil Hüseynovla söhbətləşdik.

-Ramil bəy, ölkədə prezident seçkilərinə bir ildən artıq vaxt qalsa da, ancaq indidən müxalifətin seçkilərdə vahid namizədinin müəyyən edilməsi təklifləri səslənir. Sizcə, müxalifət bir qədər tələskənlik etmir?

-Hesab etmirəm ki, müxalifət tələsir. Əksinə gecikir. Ümumiyyətlə, hakimiyyətə gəlmək üçün geniş bir konsepsiya olmalıdır. Həmçinin uzun müddətli hədəflər planlaşdırılmalıdır ki, məqsədə nail ola biləsən. O, baxımdan hesab edirəm ki, müxalifət həmişəki kimi gecikir. Ümumiyyətlə hər bir hadisəyə, baş verən prosesə nəticəyə görə qiymət verilir. Nəticə yoxdursa, deməli heç bir prosesi də müsbət qiymətləındirmək olmaz. Düşünürəm ki, müxalifət uğursuzluğa düçar olduğu, seçkilərdə nəticə əldə edilmədiyi gundən dərhal növbəti seçkilərə hazırlaşmalı, onunla bağlı alternativ variantlar üzərində işləməli, lazım gələrsə namizəd müəyyən etməli və yaxud bir neçə namizəd seçki ərəfəsinə qədər müəyyənləşməlidir. Ondan sona seçkini qazanmaq üçün tədbirlər planı hazırlanmalıdır. Secki yaxınlaşanda ən şanslı namizəd üstündə piarını qurmalıdı. Bu da 1 il yox, buna illər lazımdır ki, hakim komandanın namizədi ilə rəqabət aparmaq mümkün olsun. Nəzərə alaq ki, iqtidarda olan namizəd həmişə güclü olur, həm maliyyə baxımından, həm fiziki baxımdan ümumi göturəndə butun parametrlər uzrə iqtidarın namizədi muqayisədə seçkini qazanmağa daha şanslı olur. Amma bu heç də o demək deyil ki, mütləq qalib olmalıdır. Əgər düzgün taktika əks tərəfdən həyata kecirilsə, şanslı namizədi ustələmək olar. Nəzərə alsaq ki, istənilən iqtidara istənilən cəmiyyətdə müxalif insanlar heç də azlıq təşkil etmir, yetər ki ağıllı, uzaqgörən, siyasi diplomatik addımlar atılsın . Bunları nəzərə alaraq fikrinizlə razı deyiləm

-Ümumiyyətlə, müxalifət seçkidə iştirak etmək üçün vahid namizəd müəyyən edə bilərmi və belə bir səmimilik, qarşılıqlı hörmət ab-havası mövcuddurmu?

-İndiyə qədər keçirilən seçkilərə nəzər salsaq səmimiyyətin olması ilə bağlı müsbət fikir söyləmək təəssüf ki, çətindir. Amma 1998- ci il seçkiləri, 2003- cü il seçkiləri göstərdi ki, əgər müxalifət tam birlik əldə edə bilsə, satqınlar vahid komandadan uzaqlaşsa seçkini öz xeyirlərinə dəyişmək o qədərdə müşkül olmayacaq. İkinci tərəfi, əgər bu siyasi şəraitdən müxalifət razıdırsa, o zaman səmimi olmasınlar, öz şəxsi maraqlarına üstünlük versinlər. Xırda intriqalara meyillənsinlər və bu cür də davam etsin. Razı deyillərsə buyursunlar səmimiyyətlərini ortaya qoysunlar, vahid namizəd müəyyənləşdirsinlər və o komandanın hakim komandaya çevrilməsinə nail olsunlar

-VİP-in bu məsələ ilə bağlı mövqeyi nədən ibarətdir və partiya vahid namizəd məsələsinə normal yanaşırmı?

-Vətəndaş və İnkişaf Partiyası dövlət maraqlaını həmişə bütün maraqlardan üstün tutub və istənilən siyasi aksiyamızı və siyasi gözləntilərimizi dövlətçiliyimizin möhkəmlənməsini, suverenliyimizin bərpasını, müstəqilliyimizin möhkəmlənməsini nəzərə alaraq həyata keçirmişik və keçirəcəyik. Bu bizim dəyişilməz mövqeyimizdir. Bu il ərzində qurultay keçirməyi planlaşdırırıq, o istiqaməıtdə pariyada müəyyən işlər görülür. Yəqin ki prezident seçkilərində iştirakla bağlı mühüm qərarlarımız olacaq.

-Ümumiyyətlə müxalifət düşərgəsində vahid namizəd olaraq seçkidə uğur qazanmağa nail ola biləcək bir siyasətçi varmı?

-Ümumiyyətlə, seçkilərədə uğur qazanmaq üçün ilk növbədə o siyasətçinin özünü təsdiq etməsi lazımdır. Lakin bizdə o təsdiq üçün siyasi şərait yoxdur. Bu baxımdan bunu görmək çətinləşir. Güclü iqtidarın güclü müxalifəti olur. Prezidentin son təyinatlarından görünür ki, artıq həqiqətən də etimad döğruldacaq kadrlar o missiyanı itiriblər. Məndə hesab edirəm ki, bu həqiqətən belədir və iqtidarda olan müxalifətə qarşı daha sərt tədbirlər həıyata keçirmək lazımdır. Yəni iqtidarda olan müxalifətə qarşı Heydər Əliyevin siyasi idarə etməsindən istifadə etmək lazımdır. Həm iqtidarda, həm də müxalifətdə ölkədə xaotik vəziyyətin yaranmasını istəyən və istəməyən qüvvələr var. Ölkədə xaotik vəziyyətin yaranmasını istəməyən qüvvələr bir araya gəlməlidir ki, dövlətimiz Suriya, Liviya, Yəmən və digər ölkələrin taleyi ilə üzləşməsin.

-Bu arada Rusiyanın da 2018-ci ildə Azərbaycanda keçiriləcək prezident seçkilərinə namizəd hazırladığı barədə fikirlər səslənir. Sizcə 2013- cü ildəki proseslər təkrarlanacaqmı?

-Ümumiyyətlə bizim ölkəmiz elə bir cografi ərazidə yerləşir ki, bura həm qonşu Rusiyanın, həm də digər qonşu ölkələrin və qonşu olmayan dövlətlərin maraq çərçivəsindədir. Bu baxımdan hər seçkidə bu özünü göstərir və bu siyasəti azanlayan insanlar üçün belə aydın olur. Amma biz öz dövlətmizim maraqları prizmasından bu məsələlərə qiymət verməliyik. İstər iqtidar, istərsə də muxalifət .

-Prezident seçkilərinə qədər müxalifətin yeni birliyi formalaşa bilərmi və VİP-in bu barədə mövqeyi nədən ibarətdir?

-Təbii ki, siyasi şəraitdən asılı olaraq yeni birliklər yarana bilər və yaxud Vətəndaş və İnkişaf Partiyası öz namizədi üzərində hər hansı bir birlik yaratmaq üçün danışıqlar apara bilər. İstənilən halda qeyd etdiyim kimi ilk öncə dövlətimizin maraqları nəzərə alınmaqla bu qərarlar qəbul olunacaq.

-Bu arada Milli Şuranın 8 aprel aksiyaslndan sonra sosial şəbəkələrdə mitinqə qatılmayan insanlara qarşı xoş olmayan fikirlər səsləndirilir. Sizcə xalqı aksiyaya qatılmamaqda qınamaq nə dərəcədə normaldır?

-Ümumilikdə bu cür gundəmdə qalmaq üçün keçirilən mitinqlərin əleyhinəyəm. Əgər xalqı mitinqə qatılmamaqda qınyanlar olubsa, yəqin ətrafındakı insanların azlığından bu cür fikirlər səsləndiriblər. Onları başa düşmək də olar . Amma insanlar onların cağırışlarına səs vermirsə, onun günahını özlərində axtarsalar daha yaxşı olar.

Füzuli

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR