Azay Quliyev: “Bəzən qeyri-hökumət təşkilatları adı altında radikal birləşmələr maliyyələşdirilir…”

"Bəzən qeyri-hökumət təşkilatları adı altında radikal birləşmələr maliyyələşdirilir, terrorçuluğa dəstək həyata keçirilir". Bunu QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev Bakıda "QHT-lərə dair Azərbaycan qanunvericiliyi və praktikasının Avropa standartlarına uyğunlaşdırılması" adlı konfransda çıxışı zamanı deyib.

Azərbaycan geosiyasi baxımdan çox həssas bölgədə yerləşdiyini deyən millət vəkili qeyd edib ki, ölkəmizin heç də asan olmayan qonşuları var: "Buna görə də hesab edirəm ki, tərəfdaşlarımız QHT sahəsində qanunvericiliyə edilmiş dəyişiklikləri anlayışla qarşılamalıdır".A. Quliyev bildirib ki, Azərbaycanda ötən il xarici donorların fəaliyyəti ilə bağlı bir sıra addımlar atılıb."Vahid pəncərə" sistemi qəbul edilib və sənədləşmə asanlaşdırılıb. Biz tərəfdaşlarımızla görüş zamanı alternativ təklif edirik və bu hüquqi prosedurlardan keçmək istəməyən xarici donorlar üçün QHT-lərə Dövlət Dəstəyi Şurasının bank hesabını təqdim edirik" - deyə, o, vurğulayıb.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR