Qəddafi və Səddam hansı səhvin qurbanı oldular? - Rusiya ilə qarşıdurma üçün ÜÇ ARQUMENT

"Amerika Ukraynanı dəstəkləməyə məcburdur və prinsip etibarilə Rusiyaya müqavimət göstərmək lazımdır".

Publika.az xəbər verir ki, bunu Beynəlxalq Münasibətlər üzrə Məsləhət Şurasının rəhbəri Riçard Haas "USA Today" nəşrində yazıb.

Onun sözlərinə görə, Amerika ordusunun Suriya və Əfqanıstana son zərbələri, həmçinin Cənubi Koreyaya dəstək olaraq hərbi dəniz qruplaşmasının Koraya yarımadası istiqamətində göndərilməsi ABŞ-ın dünyanın bəzi regionlarında hadisələrin inkişafına nəzarəti saxlamaq niyyətini açıq göstərdi. Riçard Xaas hesab edir ki, ABŞ Ukraynadakı vəziyyətə də maraq göstərməlidir.

O, bu yaxınlarda G7-yə ("Böyük yeddilik") üzv ölkələrin xarici işlər nazirlərinin İtaliyada keçirilən toplantısında iştirak edən ABŞ-ın dövlət katibi Reks Tillersonun həmkarların analoji məsələ ilə bağlı sualına verdiyi cavaba istinad edib. Fransanın xarici işlər naziri Jan-Mark Eyro sonra bildirdi ki, Tillersonun həmkarlarına cavabı bu şəkildə olub: "Amerika ona görə Ukrayna ilə maraqlanmalıdır ki, ona güclü Avropa lazımdır"

Xaas növbəti arqumentləri təklif edir:

1. Ukraynanın ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı üzrə beynəlxalq prinsipin pozulması, Krımın Rusiya tərəfindən tutulması və ölkənin cənubi-şərqində Ukraynaya davam edən təzyiq.

2. Rusiyanın ümumi davranışları. Moskva Rusiya təsirinin yaradılması məqsədi ilə təzyiqin müxtəlif növlərini tətbiq edilir. Haas qeyd edir ki, buna prinsip etibarilə müqavimət göstərmək lazımdır. Ehtimal ki, burada da Rusiya politoloqu Aleksandr Duqinin Rusiya və Qərbin sivilizasiya münaqişəsi barədə söylədikləri ilə eyni məna var.

3. Haas yazır ki, Ukrayna könüllü olaraq SSRİ-in dağılmasından sonra ona çatmış nüvə silahlarından imtina etdi. Amerika və Rusiya yeni müstəqil dövlətin bu jestinə əvəz olaraq Ukraynanın müstəqilliyinin qarantı oldu.

365info.kz saytının siyasi müşahidəçi Akkaz Derbisovun fikrincə, Rusiya tərəfindən Krımın tutması dünyaya növbəti mesajı oldu ki, nüvə silahından imtina müstəqilliyə təhdid ola bilər: "Məsələn, İraq və Liviyaya hücumlar məhz onların nüvə proqramlarından imtinasından sonra oldu. Krımın tutulması Ukraynanın ərazi bütövlüyünə zəmanət vermiş Amerika üçün çağırış oldu.

Haas Ukraynanın müstəqilliyinin ABŞ-a baha başa gəldiyini deyənlərlə də razılaşmadığını ifadə edib. Ekspert qeyd edir ki, ABŞ üçün bu, olduqca asan başa gələ bilər.

"Ölkə müdafiəyə ildə 600 milyard dollar xərcləyir. Amma bu yalnız ABŞ-ın ümumi daxili məhsulunun yalnız 3 faizidir", - o bildirib.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR