Erməni generalının KTMT-yə baş katib seçilməsinə Ermənistandan etiraz

"Yuri Xaçaturov aprel müharibəsində özünü pis göstərib, onun KTMT-yə baş katib seçilməsi Ermənistan üçün müsbət hesab oluna bilməz" 

Erməni generalı Yuri Xaçaturovun Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibliyinə seçilməsi Ermənistanın ictimai-siyasi arenasında birmənalı qarşılanmayıb və bununla bağlı etirazlar da yaranıb. Hətta bununla bağlı ölkə mətbuatında ilginc fikirlər səsləndirilir, o cümlədən, Xaçaturovun təyinatı istiqamətində Moskvanın Bakı ilə razılaşdığı da iddia olunur. Onu da qeyd edək ki, erməni generalı erməni ictimai-siyasi dairələrində təslimçi general kimi də adlandırılır. Buna səbəb onun dördgünlük aprel müharibəsi zamanı Azərbaycan Ordusunun azad etdiyi ərazilərin ardınca, atəşkəsə imza atdığı bildirilir.

"Əgər Rusiyanın Birləşmiş Ştatlarla, yaxud Türkiyə ilə hər hansı bir problemi yaranarsa, Moskvanın bu təyinatı onun üçün yararlı olacaq"

"Xaçaturov aprel müharibəsində özünü pis göstərib, onun KTMT-yə baş katib seçilməsi Ermənistan üçün müsbət hesab oluna bilməz". Səsİnformasiya Agentliyi xəbər verir ki, bu barədə Ermənistanın birinci informasiya saytına ölkənin milli və strateji araşdırmalar mərkəzinin direktoru Manvel Sarqsyan deyib. Saytın yazdığına görə, Manvel Sarqsyan hesab edir ki, Yuri Xaçaturovun KTMT-nin baş katibliyinə seçilməsi başqa hədəflərə malikdir. "Əgər Rusiyanın Birləşmiş Ştatlarla, yaxud Türkiyə ilə hər hansı bir problemi yaranarsa, Moskvanın bu təyinatı onun üçün yararlı olacaq"-deyə qeyd edən Sarqsyan əlavə edib ki, Belorus və Qazağıstanla bağlı yaranmış problemləri nəzərə alaraq, MDB məkanı çərçivəsində konsoidasiya yaradılmalıdır. Ermənistan nümayəndəsinin təyinatı belə olan məqamda ön plana çıxmalıydı, belə ki, bu kriteriyalar, yaxud şkala vasitəsilə həmin ölkələrin bu təyinata münasibətini zamanında öyrənmək olardı. 

"O, Moskvada Ermənistanın və "artsaxın" zərərinə, eləcə də Moskvanın və Azərbaycanın xeyrinə atəşkəs sənədini imzaladı...Ermənistan öz suverenliyini itirir"

Manvel Sarqsyan bir daha bəyan edib ki, Yuri Xaçaturovyn təyinatı ölkə üçün heç də uğurlu deyil: "Əlbəttə, bu çox pisdir. Ona görə ki, Ermənistanın problemləri növbəti dəfə digər ölkələrlə münasibtləri baxımından istifadə ediləcək. Bu, birinci tərəfidir - ikinci tərəfdən isə Xaçaturov aprel müharibəsi zamanı özünü pis tərəfdən göstərib: o, Moskvada Ermənistanın və "artsaxın" zərərinə, eləcə də Moskvanın və Azərbaycanın xeyrinə atəşkəs sənədini imzaladı. Bu dəfə özünü necə göstərəcəyini isə mən hələ ki, bilmirəm. Bütün hallarda onun bəyanatından belə nəticəyə gəlmək olar ki, Xaçaturov Rusiyanın maraqlarından çıxış edəcək".

Erməni siyasi ekspert əlavə edib ki, sözgedən təyinat Ermənistan üçün Rusiyanın problemlərinə bulaşması baxımından yeni "imkandır": "Ermənistan öz suverenliyini itirir və bu məsələlərdə tərkibi təhlükələrlə dolu olan amillər mövcuddur".

"Məsləhətləşmə, yaxud razılaşma baş verməyib"

M.Sarqsyan erməni mətbuatında  Yuri Xaçaturovun KTMT-yə baş katib təyin olunmasını Azərbaycanla məsləhətləşmənin, razılaşmanın aparılmasından sonra baş verdiyi iddialarına inanmadığını deyib: "Hazırkı məqamda hesab edirəm ki, heç bir məsləhətləşmə, yaxud razılaşma baş verməyib. Qazağıstan və Belaris məcburi qaydada seçim ediblər. Əgər etməsəydilər Rusiya ilə daha çox fikir ayrılığı yaşanacaqdı..."-deyə erməni siyasi ekspert bildirib.

Onu da qeyd edək ki, KTMT-nin sabiq baş katibi Bordyujanın vəzifədən getməsindən sonra növbənin Ermənistanda olmasına baxmayaraq, təşkilşat sıralarında ciddi tərəddüdlər yaşanmağa başlamışdı. Uzun müddət boş qalan baş katiblik postunda Ermənistandan olan nümayəndənin təmsil olunmasına xüsusilə Qazağıstan və Belorus etiraz edirdi. Eyni zamanda, Rusiyanın da bu məsələdə erməni zabitinin baş katibliyə təyin olunmasını arzulanan tərəf kimi təqdim edlməsi inandrıcı görünmürdü. 

Rövşən Nurəddinoğlu

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR