Türkiyənin mövqeyi qətiləşəcək

Türkiyədə baş tutmuş referendumdan sonra, ölkənin xarici siyasəti, xüsusi ilə bu ölkənin ətrafında gedən müharibə və geosiyasi proseslərdə mövqeyi qətiləşəcək. "OLAYLAR"-ın xəbərinə görə, belə bir açıqlama ilə çıxış edən politoloq Məhəmməd Əsədullazadə bildirib ki, bu referendumdan sonra, Şimali İraqda Kürd yönətiminin müstəqillik arzusuna imkan verilməyəcək: "Suriya məsələsində, ABŞ- Türkiyə əlaqlərində ortaq məxrəcin formalaşması, ABŞ-ın YPG-yə dəstəyin çəkilməsi ilə baş verə biləcək. ABŞ-ın Suriyada YPG -ni dəstəkləməsi, regionda problemləri dərinləşdirməsi və mümkünsüz bir yola çıxarması deməkdir". Politoloq deyib ki, ABŞ-ın Türkiyə ilə əməkdaşlığı isə, Yaxın Şərqdə təhlükəsizlik sisteminin formalaşmasına xidmət edən ən başlıca amildir: "Hesab edirəm ki, Türkiyə hakimiyyəti, Tramp adminstrasiyası ilə ortaq mövqeyə gələcək. Qafqazla bağlı siyasətinə gəldikdə isə, cənab Ərdoğan çalışacaq ki, Azərbaycanla sıx siyasi əməkdaşlıq daha da intensivləşsin. Türkiyənin regional mövqeyi ilə maraqlı dövlətlər hesablaşsın. Qeyd edim ki, iki ölkə Cənubi Qafqazda təhlükəsizliyin qarantı kimi, Rusiya-Ermənistan oxuna qarşı müəyyən siyasi konturlar formalaşdıracaq. Gürcüstan da bu layihəyəyə cəlb ediləcək. Regionun satalleti dövləti olan Ermənistanın izolyasiyası isə davam edəcək"

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR