Deputat: "Məktəblilərin sağlam yetişməsi üçün mütəxəssislərə ehtiyac var"

"Gələcək nəslin sağlam yetişməsi onun sağlam böyüməsindən asılıdır. Təhsil Nazirliyi tərəfindən bu hədəfə çatmaq üçün mühüm layihələr həyata keçirilir". Bunu Milli Məclisin elm və təhsil komitəsinin sədr müavinu Bəxtiyar Əliyev "Sağlam Təhsil-Sağlam Millət" mövzusunda keçirilən elmi-praktiki konfransda çıxışı zamanı deyib. Sağlam cəmiyyətin yaradılmasının vacibliyini qeyd edən depuat söyləyib ki, dövlət üçün ən böyük dəyər insanların rifah halının yaxşılaşdırılması və sağlam olmasıdır: "Sağlam cəmiyyətin formalaşması məktəbdən başlamalıdır. Bu baxımdan məktəblilərin sağlamlığı ilə bağlı layihələr davamlı olmalıdır".

Milli Məclis tərəfindən sağlamlığı məhdud uşaqlarla bağlı qanun layihəsi qəbul olunduğunu xatırladan B.Əliyev qeyd edib ki, həmin qanuna əsasən defektoloq-loqoped mərkəzlərin, ciddi bioloji komissiyaların yaradılması nəzərdə tutulsa da hələ də bu mərkəzlər yaradılmayıb: "Bu sahədə kadr hazırlığı sahəsində mühüm işlər görülməlidir. Azərbaycanda da loqoped-defektologiya ilə bağlı ali məktəblərdə ixtisaslar açıla bilər. Məktəblilərin sağlamlığı ilə bağlı da mütəxəssislərin hazırlanmasına ehtiyac var". 

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR