Millət vəkili: “Türkiyə gələcəkdə daha güclü ölkəyə çevriləcək” 

"Türkiyədə referendum çox yüksək səviyyədə keçirildi. Ümumiyyətlə səsvermə prosesi çox şəffaf şəkildə təşkil olunmuşdu. Bizim həmkarlarımız da səsvermədə beynəlxalq müşahidəçilərin tərkibində müşahidə apardılar və onlar şəxsən səsvermənin birbaşa canlı izləyiciləri olaraq çox yüksək təəssüratlarını bölüşürlər". Bunu millət vəkili Azər Badamov deyib.

Onun sözlərinə görə, seçkidə türk xalqı sərbəst şəkildə öz seçimini etdi və Ərdoğan siyasətini dəstəklədiklərini bildirdilər: "Amma çox təəsüflər olsun ki, Türkiyə bu seçkidə Qərbin böyük təzyiqləri ilə rastlaşdı. Xaricdə yaşayan türklərlə seçkiqabağı marafonunda görüşlərə icazə verilmədi, diplomatları ölkələrə buraxılmadı, onlar açıq şəkildə öz bəd niyyətlərini ifadə etdilər. Lakin mətanətli və qəhrəman türk milləti vahid güclü Türkiyəyə səs verdilər. Səsvermədə bir sıra maddələrdə dəyişiklik nəzərdə tutulmuşdu. Ən önəmlisi isə Türkiyədə prezident idarəetmə üsuluna keçilməsi ilə bağlı idi. Prezident idarəetmə üsulu Türkiyəyə bir mərkəzdən idarə olunmasına, lazım olan anlarda çevik qərarlar qəbul edilməsinə, daha möhkəm dövlət idarəetmə sisteminin yaradılmasına imkan verəcək.

Dövlət idarəetmə sistemi möhkəmləndikcə dövlətin gücü artır, xarici təhdid və təzyiqlərə qarşı yetərli cavablar verilir. Bir sözlə ölkənin müstəqilliyi etibarlı olur. Çox təəssüf ki, bəzi dairələr bunu istəmirdi. Onlar istəyirdilər ki, Türkiyə zəiflənsin, parçalansın və onların əlaltısına çevrilsin. Amma bu baş vermədi və Türkiyə gələcəkdə daha güclü, sözünü deyən və daha qətiyyətli qərarlar qəbul edən ölkəyə çevriləcək.

Sonda qeyd etmək istəyirəm ki, Türkiyənin güclənməsi Azərbaycanın güclənməsi deməkdir. Çünki, Türkiyə-Azərbaycan bir millət iki dövlətdir. Türkiyə və Azərbaycan həm dar gündə, həm də yaxşı gündə bir-birinin yanında olub və bundan sonra da olacaq. Mən türk xalqını səsvermənin uğurlu keçməsi münasibətilə təbrik edirəm". Sia.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR