Bjeziniskinin Putini dəli edən Krım PLANI – Ruslar dərhal hərəkətə keçdi

Məşhur amerikalı politoloq, keçmiş SSRİ üzrə mütəxəssis, dövlət xadimi Zbiqnev Bjeziniski Rusiyanın ilhaq etdiyi Krımın bölünməsi təklifini irəli sürüb.

Publika.az xəbər verir ki, Bjeziniski Krımı tamamilə nə Ukraynaya, nə də Rusiyaya verilməsinin tərəfdarı deyil.

Onun fikrincə, yarımadanı orada yaşamış ukraynalı, rus və tatarlar arasında bölmək lazımdır.

"Krım tatarları bu bölgədə əhəmiyyətli faktordur. Onları unutdular, halbuki tatarlar yerli element kimi vacibdir. Hesab edirəm ki, münaqişənin həlli üçün Krımı nə Ukrayna, nə də Rusiyaya vermək yox, üç yerli element arasında bölmək lazımdır. Onlar Krımda yaşamış tatarlar, ruslar və ukraynalılardır", - deyə amerikalı politoloq vurğulayıb.

Rusiya mediası Bjeziniskinin təklifini süngü ilə qarşılayıb və dərhal cavab verib.

"Komsomolskaya pravda" qəzeti yazır ki, Bjeziniski Krımı xırda anklavlara bölmək niyyətindədir: "Belə görünür ki, amerikalılar Krımın hər qəsəbəsinin üzərinə Ukrayna, Rusiya və tatar bayraqlarının dalğalanmasını istəyir. Bjeziniski yunanları incitdi, hansı ki, yarımadada tatarlardan daha öncə yaşayırdılar".

Qəzet 89 yaşı məşhur politoloqa siyasətə qoşulmaq əvəzinə, öz memuarlarını yazmağı tövsiyə edir.

"Lakin o, heç vaxt sakitləşməyəcək. Belə olan halda Bjeziniski ABŞ-ın yerli əhali arasında bölünməsini və ərazilərin qaytarılması məsələləri ilə məşğul olmalıdır. Amerikada rəsmən 550 tanınmış hindu tayfası mövcuddur. Lakin onların sayı ölkə əhalisinin 2,3 faizini təşkil edir. Və onlar amerikalılarla müqayisədə bərabər hüquqa malik deyil. Bununla yanaşı, ağ amerikalı ilə qaradərilinin bərabərsizliyi də Bjeziniskini maraqlandırmalıdır", - deyə qəzet sərt mövqedən çıxış edib.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR