Siyasi şərhçi: “Bu, ermənilərin növbəti təxribatıdır”

"Gürcüstanda erməni diasporunun Azərbaycana qarşı atacağı hər bir addım birbaşa Gürcüstanın dövlətçiliyinə qarşı yönələn addımdır. Gürcüstanla  Azərbaycanın qarşı-qarşıya qoyulması ilə məhz bu xarakterli informasiyalardan  irəli gəlir". Bunu Elçin Mirzəbəyli ermənilərin Azərbaycana qarşı Gürcüstandan istifadə etməsi ilə bağlı səslənən fikirlərə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, bu informasiyalar təxribat xarakterli ermənilərin özlərinin ötürdüyü məlumatlardır: "Gürcüstanda erməni diasporu var. Hətta onlar orada ərazi iddiaları ilə çıxış edirlər ki, bu da Gürcüstanın ən çox ehtiyatlandığı faktorlardan biridir. Ermənilərin Gürcüstanda kompakt yaşadığı bölgədən Azərbaycanın təşəbbüskarı olduğu enerji layihələri  keçir. Vaxtilə onlar bu layihələrin, Bakı -Tbilisi-Qars kəmərinə qarşı etirazlar etsələr də, prinsip etibarı ilə sözügedən layihələrin hər biri gerçəkləşib".

Azərbaycanla ortaq əlaqələrin Gürcüstan üçün həyatı əhəmiyyət kəsb etdiyini deyən E. Mirzəbəyli söyləyib ki, Gürcüstanın bir dövlət olaraq həm təhlükəsizliyin təmin olunması, həm də iqtisadiyyatı  bilavasitə Azərbaycan və Türkiyə ilə əməkdaşlıqdan keçir: "Bu aspektdən siyasi müstəvidə monipulyativ davranışların baş verməsindən asılı olmayaraq  Gürcüstanın təbii maraqları ölkənin Azərbaycanla münasibətlərinə xüsusi önəm verməyə vadar edir. Bu  prosesin bünövrəsi o qədər sıx şəkildə  qoyulub ki, hər hansı fundamental dəyişikliklər baş vermədən  bu reallığı  dəyişmək mümkün deyil. Ermənistanın  və ermənilərin  bu prosesə hə hansı təsir etmək imkanlarının olduğunu düşünmürəm.  Ümumiyyətlə, bu məlumatların məhz ermənilər tərəfindən uydurulan təxribat olduğunu hesab edirəm. Düşünürəm Azərbaycan mətbuatı da  belə təxribat xarakterli məlumatlara həssas yanaşmalıdır ". Sia.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR