Elmar Məmmədyarov Maltaya səfər edib

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Maltaya səfərə gedib. Bu barədə XİN-dən "Olaylar"a verilən məlumata görə, üçgünlük səfər zamanı Azərbaycan XİN başçısı maltalı həmkarı Corc Vella, Malta prezidenti Mari-Luiz Koleyro Preka ilə danışıqlar aparacaq. Səfər çərçivəsində ölkələr arasında ikitərəfli əməkdaşlığın gücləndirilməsi məsələləri müzakirə ediləcək.

Qeyd edək ki, Azərbaycan nümayəndə heyətinin tərkibinə həmçinin Azərbaycanın Maltadakı səfiri Məmməd Əhmədzadə, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) investisiya və marketinq üzrə vitse-prezidenti Elşad Nəsirov daxildir.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR