Ukraynanın mədəniyyət işçisi Ermənistan-Azərbaycan Sülh Platformasına qoşulub

Ukraynanın mədəniyyət işçisi Adelya Marçenko Ermənistan-Azərbaycan Sülh Platformasına qoşulduğu barədə bəyanat yayıb. Sülh Platformasının mətbuat xidmətindən verilən məlumata görə, bəyanatda deyilir: "Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin vacib olduğunu bəyan edirəm. Lakin bu məsələnin hər iki dövlətin ərazi bütövlüyü və suverenliyinə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinə hörmət bəsləyərək həllinin mümkün olduğunu düşünürəm.BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi müvafiq qətnamələrin, ATƏTMinsk qrupunun münaqişənin sülh yolu ilə həlli istiqamətində fəaliyyətinin vacibliyini anlayaraq bu fəaliyyətə öz dəstəyimi bildirirəm.  Apa.az


Çox böyük təəssüf hissi ilə qeyd edirəm ki, erməni və Azərbaycan xalqlarının birgə yaşayışla əlaqədar iki ölkədə yetişməkdə olan nəsillərin bir-biri haqqında təsəvvürləri yalnız müharibə kontekstində formalaşıb. Xalqların sülh şəkildə birgə yaşayışını və uzun müddət davam edən münaqişənin həllini dəstəkləyərək, sədri olduğum təşkilat adından əsas məqsədi Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinə töhfə vermək olan Ermənistan-Azərbaycan Sülh Platformasına qoşulduğumu bəyan edirəm".

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR